Baş prokuror:"Müdafiə Nazirliyi tərəfindən ifşa olunan casus qrupu ilə bağlı istintaq bu ilin sonuna yekunlaşacaq"

Baş prokuror:"Müdafiə Nazirliyi tərəfindən ifşa olunan casus qrupu ilə bağlı istintaq bu ilin sonuna yekunlaşacaq" Azərbaycanda hərbçi və mülki şəxslərdən ibarət casus qrupu Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ifşa olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, bununla bağlı Respublika Hərbi Prokurorluğu cinayət işinin istintaqını davam etdirir.

Baş prokurorun sözlərinə görə, bu ilin axırına qədər cinayət işinin istintaqı yekunlaşacaq.
Tarix: 30-09-2017, 10:18
Xəbəri paylaş





Xəbər lenti