“Kürdüstan məsələsində ən çox uduzan kürdlərdir”

Mirmahmud Mirəlioğlu: “Əgər Türkiyə bu məsələdə daha ciddi addımlar atsa...” “Kürdüstan məsələsində ən çox uduzan kürdlərdir” Şimali İraqda keçiriln referendum və bu referendumun əsasında Kürdüstan adlı dövlətin yaradılmasının elan edilməsi qardaş Türkiyə dövlətinin sərt təpgisinə səbəb olub. Türkiyə prezidenti Ərdoğan bu referendumu tanımadıqlarını, lazım gələrsə hərbi müstəvidə belə gərək addımlar atacaqlarını bildirib.
Mraqlıdır, bəs digər türk dövlətləri necə bu məsələdə Türkiyəyə dəstək olmalıdırlarmı?


Moderator.az -a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu sözügedən məsələdə daha təsirli addımların atmağı vacib hesab etdiyini vurğuladı:

“Məsələ bundadır ki, Türkiyə tərəfi bu məsələ ilə bağlı bəyanat versə də, hələ ki, bəyanatdan artıq iş görməyib. Hesab edirəm ki, proseslərin gəlib bu səviyyəyə çatmasında Tükiyə hökumətinin də bəzi yanlışları olub. Digər türk dövlətlərinə gəlincə, hələ ki, bəyanat vermək niyyətində belə deyillər. Ortada uduzan isə birinci kürdlərdir. İkincisi, türkmənlər və həmin ərazidə yaşayan digər xalqlardır. Uduzan həm də Türkiyə Cümhuriyyətinin siyasətidir. Düşünürəm ki, əgər rəsmi Ankara bu istiqamətdə daha ciddi addımlar atarsa, o zaman digər türk dövltələri də müəyyən addımlar atacaq”.
Siam.az
Tarix: 1-10-2017, 08:44
Xəbəri paylaş





Xəbər lenti