Vaşinqtondan pərtlik ifadəsi: Ərdoğanla Putinin mehriban görüşünə təhqiramiz şərh...

Vaşinqtondan pərtlik ifadəsi: Ərdoğanla Putinin mehriban görüşünə təhqiramiz şərh... Türkiyə və Rusiya arasında əlaqələri indiyədək sakit müşahidə edən ABŞ-ın səbri deyəsən daşmaq üzrədir. NATO müttəfiqi Türkiyə ilə perspektiv gərginliyi hiss etməmək mümkün deyil. Son günlər Amerika mətbuatında Türkiyə prezidentinə qarşı sərt tədbirlər görülməsi üçün hətta Trampa ünvanlanan çağrılar var.

Moderator.az oktyabrın 1-də nüfuzlu "Washington Examiner" nəşrində siyasi ekspert Tom Roganın kəskin ruhda yazılmış məqaləsini oxuculara təqdim edir.

“Türkiyə və Rusiya fəal surətdə ABŞ-ın Suriyadakı maraqlarına sui-qəsd toxuyurlar”


“Mən bu qənaətə məhz Putin və Ərdoğanın 28 sentyabrdakı birgə mətbuat konfransından sonra gəldim. Birincisi, Suriyaya aid hissədə Putin bildirdi ki, Türkiyə və Rusiya İdlib əyalətində atəşkəs rejimi yaradılmasında razılığa gəliblər. İlk baxışdan bu xoş görünsə də, qeyd etmək lazımdır ki, İdlib sünnü müxalifətin Əsəd, Putin, İran ittifaqına qarşı sonuncu böyük müqavimət ocağıdır. Putinin bu sözləri sübut edir ki, Ərdoğan üsyançıları təchiz edən yolu Türkiyə tərəfdən bağlamaq niyyətindədir. Hələ dekabrda xəbərdar etmişdim ki, həmişə Rusiyanın son məqsədi İdlibdəki üsyançıları tamam məhv etməkdir. Hazırda isə Ərdoğan özünü Putinin m.......... (burada müəllif qardaş ölkə prezidenti haqqında xoşagəlməz ifadə işlətmişdi. - red.) yerinə qoyandan və ABŞ-ın da əksər üsyançı dəstələrin müdafiəsindən imtina etməsindən sonra hər şey Rusiya, Əsəd və İran qüvvələri tərəfindən İdlibin final “təmizlənməsinə” hazırlanıb...

Bundan başqa Ərdoğan və Putin kürdlərə sarsıdıcı zərbə vuracaqlarına işarə etdilər. Bu həftə Ərdoğan bəyan etdi ki, kürd referendumu “regional böhranı” qızışdırır və “ kürd regional hakimiyyəti tərəfindən yeni, daha ciddi təxribat addımlarının qarşısını almağa” söz verdi.

“Qarşısını almaq” sözünün arxasında nə gizlənir?

Putin mümkün cavaba işarə vurdu. KQB-nin keçmiş zabiti bildirdi ki, onlar “Suriya böhranının nizamlanması, başqa regional problemlərin həlli üzrə xarici işlər nazirliyi, hərbi və xüsusi xidmətlər xətti ilə sıx əlaqələri davam etdirmək üçün şərtləşiblər”. Qeyd etmək lazımdır ki, Putin nə vaxt “xüsusi xidmətləri” cəlb edirsə, onun ardınca qəddarlıq və zor hərəkətlər başlayır.

Təəssüf ki, bu çağırışlar ABŞ və Türkiyə əlaqələri arasında daha böyük miqyaslı problemlərin simptomlarıdır. Və bu problem ondadır ki, ABŞ-ın NATO alyansı üzrə vacib müttəfiqlərindən birinin, məhz Türkiyənin lideri Vladimir Putinlə sıx əməkdaşlıq edir. Birgə mətbuat konfransında Ərdoğan Putinlə tez-tez telefonla söhbət etdiyini dedi və bir neçə dəfə Putiniə “mənim dostum”, “mənim dəyərli dostum” deyə müraciət etdi. Ərdoğan hətta rusiyalı həmkarının xoşuna gəlmək üçün görüşün sonunda Putinə rus dilində təşəkkür etdi. “Washington Examiner” keçən həftə yazdığı kimi, prezident Tramp Türkiyənin bu mövqeyinə diqqətlə yanaşmalıdır”.
Tarix: 1-10-2017, 23:33
Xəbəri paylaş





Xəbər lenti