İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri

İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri  "Kürdüstan"ın hüquqi müstəqilliyi sadəcə İraq üçün deyil, həm də kürdlərin kompakt yaşadığı və təşkilatlandığı Türkiyə, İran və Suriya üçün də ciddi təhdiddir
Bu həftə İraqın şimalında "Kürdüstan"ın yaradılmasl elan edildi. Bu proses Türkiyə, Suriya, İran və Azərbaycan üçün ciddi risklər meydana çıxara bilər. Ehtimal etmək olar ki, Israil və ABŞ tərəfindən müdafiə edilən"Böyük Kürdüstan" ideyası bölgədə kürd separatçılarını fəallaşdıracaq, bu ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meylləri güclənəcək. Əslində hədəf bəllidir – Donald Tramp və İsrail müstəqil kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq. Bir sözlə, bölgə yeni savaşa girir. Kürdlərə Türkiyə daxilində geniş hüquqların verilməsi kürd yerli özünüidarəetmə təsisatlarının gücləndirilməsini nəzərdə tutulur. İran və Azərbaycan da bu plana daxildir.

Beləliklə, İraqda sünnü-şiə qarşıdurmasının ilk nəticəsi ölkənin parçalanması və Kürdüstanın elan edilməsi oldu. Bunu Türkiyə siyasi elitasının Məsud Bərzani ilə neft sövdələşməsinin ilk zərbəsi kimi də qəbul edə bilərik. Vurğulamaq lazım gəlir ki, Türkiyənin İraq Kürdüstanına 5 milyard dollarlıq yatırımı var və ticarət əlaqələri hələ də davam edir. İraq kürdləri neftini Türkiyə üzərindən ixrac edir. Bərzaninin bütün kapitalı Türkiyə banklarındadır və o hesabların dondurulması da imkansız görünür. Hazırda İrandakı kürdlərin fəallaşması sezilir. Əgər İranın parçalanması planı da mövcuddursa, Cənubi Azərbaycan probleminin də qabardılacağını istisna etmək olmaz. Təbriz növbəti dəfə böyük oyunlarda qurban verilə bilər.
İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri

Məsud Bərzani: "Artıq çox gecdir"
Xatırladaq ki, İraqda kürdlərə muxtariyyət ilk dəfə 1970-ci ildə verilib. Daha sonra ləğv olunsa da, yenidən bərpa edilib və Amerika işğalından sonra kürdlər bu dəfə de-fakto müstəqil bir idarəçilik əldə ediblər. Hətta ordu, polis qüvvələri yaradıblar. Faktiki olaraq son 10 ildən çoxdur kürdlər İraqın şimalında müstəqil hərəkət edirlər, Bağdada bağlılıqlarını formal olaraq saxlayırlar.

Ancaq hüquqi müstəqillik sadəcə İraq üçün deyil, həm də kürdlərin kompakt yaşadığı və təşkilatlandığı Türkiyə, İran və Suriya üçün də ciddi təhdiddir. Artıq Suriyada faktiki bir kürd muxtariyyəti mövcuddur. İraqda kürdlərin referendumu və ya müstəqillik elan etmələri sözsüz ki, İran və Türkiyəni ciddi narahat edir. Çünki bu ölkələrdəki kürd qrupları hərəkətlənəcəklər. Bu səbəbdən də uzun illər Bərzani ilə müttəfiqlik münasibətləri olan Ankara və Tehran indi referendum qərarından narahatdırlar və sərt şəkildə buna qarşı çıxırlar. Ancaq Bərzani də hələlik çox rahatdır. Çünki bir tərəfdən İsrail və bəzi Avropa dövlətləri tərəfindən açıq şəkildə, bir sıra region dövlətləri tərəfindən isə gizli şəkildə dəstəkləndiyini bilir. İstənilən halda bu hadisə Bərzaninin siyasi məqsədilərinə xidmət edir. Lakin Kərkük Bərzani üçün baha başa gələ və qanlı müharibəyə səbəb ola bilər. Çünki Kərkük sadəcə Bağdad üçün deyil, həm də Türkiyə və türkmənlər üçün də qırmızı xətdir.

Kərkük Ərdoğanın tarixdəki yerini bəlli edə bilər. Kərkük türkmən şəhəridir və onun Kürdüstanın tərkibinə verilməsi gələcəkdə türkmənlərin oradan sıxışdırılıb çıxarılmasına gətirib çıxaracaq. 1918-ci ildə Kərkük Osmanlı imperiyasının tərkibində olub. Sonradan Kərkükü ingilislər nəzarətə götürüb. Türkiyənin İraq ərazilərini belə tərk etməsi və "Fərat Qalxanı" əməliyyatının başa çatdığını bəyan etməsi ciddi yanlışlıq idi. Baş verənlər Qərbin ssenarisinə bənzəyir. Artıq Türkiyədə daha sərt idarəçiliyə keçidin alternativi də görünmür və ssenari tam gücü ilə işə düşür. Bölgədə "Kürdüstan"ın yaradılması PKK üçün xəyali kürd dövlətinin qurulması, əslində Yaxın Şərqdəki balansın tamamilə alt-üst olması deməkdir. Yaxın Şərqdə hegemonluq niyyətində olan Vaşinqtonun strateqləri kürd kartından istifadə etməyi düşünürlər.
İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri

Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər

"Kürdüstan" ideyasının ortaya atılması yaxın 10 illər ərzində qanlı savaşların daha da alovlanması anlamına gəlir. Lakin perspektiv baxımından "Kürdüstan" dövlətinin yaradılması ciddi qəbul edilmir. Əslində hazırda kürdlərin daxilində çox ciddi ziddiyyətlər mövcuddur. Çünki "ortaq kürd mədəniyyəti" deyilən bir anlayış yoxdur. Əgər "Kürdüstan dövləti"nin yaradılması ideyası beynəlxalq dəstək qazanarsa, bu amil kürdlərin öz içlərində qanlı savaşa yol aça bilər. Bu layihə Vaşinqton strateqlərinin idarə etdiyi və həyata keçirdiyi idarə olunan xaos nəzəriyyəsidir.

Lakin burada bir fakta da diqqət yetirək. Rusiyanın neft nəhəngi "Rosneft" İraq Kürdüstanı ilə danışıqlardadır və burada regional qaz kəmərini maliyyələşdirməyə hazırlaşır. "Rosneft" Kürdüstan Regional Hökumətinə kreditlər verir, burada özünün enerji infrastrukturunu genişləndirmək üçün sazişlər imzalayır və hətta potensial kəşfiyyat-qazma işləri barədə danışıqlar aparır.

"Rosneft" bəyan edib ki, Kürdüstan Regional Hökuməti ilə "sürətli bir şəkildə" qaz kəmərləri sisteminin yaradılması üçün danışıqlar prosesindədir. Rusiya şirkəti bildirib ki, bu barədə sazişlər artıq bu ilin sonunadək imzalana bilər.
İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri

İraq əsgərləri Kərkükün bir addımlığında
Bu layihəyə görə, yerli istehlakçıların qazla təchizatında artıq 2019-cu ildə başlana bilər. "Rosneft"in planlarına görə Kürdüstan onun köməyilə 2020-ci ildən qaz ixracatına hazır olacaq. Şirkətin rəsmiləri bildirirlər ki, fabrikləri qazla təchiz edəcək, daha sonra isə təbii qaz Türkiyə və Avropaya çıxarılacaq.

Bu kəmərin tutumunun ildə 30 milyard kubmetr olacağı düşünülür.

Bundan başqa İraqın şimalında 45 milyard barrel neft ehtiyatı mövcuddur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda günə 650 min barrel neft hasil olunur ki, bunun da 550 min barreli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır.

Dünya neft bazarı OPEC-in ikinci ən böyük hasilatçısı olan bir ölkəni potensial baxımdan parçalayacaq ziddiyyətli referendumdan niyə qədər də narahat olmayıb? Araşdırmaçılara görə, Kürdüstan rəsmiləri referendumun nəticələrinin müstəqillyin rəsmi bəyanına qədər Bağdadla ciddi danışıqlara girəcəklər. Bu isə illərlə davam edə bilər. Beynəlxalq dəstək və tanıma olmadan Kürdüstan yaxın gələcəkdə özünün müstəqilliyini elan edə bilməyəcək.

İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri
Bərzaniyə referendum xəbərdarlığı: məsələ hərbi yolla həll oluna bilər
Lakin ən maraqlısı budur ki, Bağdad və İranın, indi isə həm də Türkiyənin hərbi müdaxilə barədə hədələrinə baxmayaraq burada tammiqyaslı müharibənin başlayacağı ağlabatan görünmür. Belə ki, kürdlər özünü İslam Dövləti (İŞİD) adlandıran qrupa qarşı müharibədə həlledici rol oynayıblar və bu, İraq Kürdüstanında nəzərəçarpacaq anti-İŞİD koalisiyasının yaranması ilə nəticələnib.

Burada, xüsusilə də Kərkükdə və onun ərafında yaxşı möhkəmləndirilmiş müdafiə xətləri yaradılıb. Bəzi mübahisəli ərazilərdə şiə silahlılarla xırda toqquşmalar istisna edilməsə də, neft infrastrukturunu təsirləndirəcək tammiqyaslı müharibə real görünmür. Bundan başqa mərkəzi İraq hökuməti bütün xarici dövlətləri Kürdüstan regionu ilə ticarətdən çəkinməyə çağırıb. Beləliklə, Türkiyə buradan gedən neft kəmərini bağlamasa, Bağdadın yeganə çarəsi Kürdüstan neftini daşıyan tankeləri məhkəməyə vermək olacaq. Keçmişdə vəziyyət elə bu cür olub.

İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
(KRH) "Vitol", "Trafigura", "Petraco" və "Glencore" kimi neft ticarəti firmalarından istifadə edir və Bağdadın qara siyahısına baxmayaraq kürd nefti dünya bazarında özünə alıcı tapır. Türkiyənin sərtliyinə baxmayaraq, Ankara Kürdüstan neftini nəql edən boru kəmərini bağlamayacaq. Ankara Yaxın Şərq və Rusiyadan gələn enerji ixracatı üçün etibarlı tranzit kimi kəmərlərdən fayda götürür.

Baş verən hadisələr beynəlxalq neft şirkətlərini narahat etməyib. Geosiyasi risklərə və qeyri-sabitliyə baxmayaraq bu şirkətlər Kürdüstan neftinə marağı itirməkdənsə, əksinə bura axıdılan investisiyaları artırırlar. Referendumdan bircə həftə əvvəl ABŞ neft nəhəngi "Chevron" iki illik fasiələdən sonra Kürdüstandakı qazma işlərini bərpa edib. Üstəlik son iki həftədə Kürdüstan Regional Hökuməti böyük neft şirkətlərini onlara olan borclarını qaytaracağına inandıra bilib. Bir sözlə, "Kürdüstan" ideyası qaz qoxusu verir. Sıravi kürdlər isə bu oyunda sadəcə sıravi iştirakçılardır…


Azər RƏŞİDOĞLU
Tarix: 2-10-2017, 07:49
Xəbəri paylaş





Xəbər lenti