“Atəşgah Sığorta”nın sədri dəyişib - FOTO

“Atəşgah Sığorta”nın sədri dəyişib - FOTO “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov vəzifəsindən azad edilib.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, o, "Atəşgah Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) üzv seçilib. İndiyə qədər DŞ-da təmsil olunan Azər Əliyev isə "Atəşgah Sığorta"ya sədr təyin edilib.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
"Atəşgah Həyat Sığorta" isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim"ə məxsusdur.
Tarix: 2-10-2017, 10:19
Xəbəri paylaş





Xəbər lenti