Siyavuş Novruzov partiyaların cəzalandırılmasını, Əli Məsimli kreditlərin həllini istəyir - MƏCLİS GÜNDƏMİ
Cebhe.info xəbər verir ki, işlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə dəyişikliklərin müzakirəsi yer alıb. Plana “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında”, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan layihələrə, “Daxili qoşunlar haqqında”, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında” qanun layihələri daxil edilib. Bundan başqa, işlər planına ətraf mühitə təsirin qiymətləndirilməsİ, Kənd təsərrüfatında sığortanın stimullaşdırılması, turizm, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, , reproduktiv sağlamlığın qorunması, psixoloji yardım haqqında və digər qanun layihələri daxil edilib. Ümumilikdə bu gün Milli Məclisin plenar iclasına 34 məsələ müzakirəyə çıxarılıb.
Çıxış edən Milli Məclisin üzvü Siyavuş Novruzov partiyaların maliyyə hesasbatlarına toxunaraq bu məsələdəki boşluqların aradan qaldırılmasını təklif edib: “Bu gün bir sıra siyasi partiyalar var ki, ümumiyyətlə maliyyə hesabatı verməkdən imtina edir. Bu da yolverilməzdir. Hesab edirəm ki, maliyyə hesabatı verməyən partiyalar haqqında ciddi tədbir görülməlidir, cəzalandırılmalıdır”.
Əli Məslimli isə bildirib ki, maliyyə islahatları aparılmalıdır: “Bu gün hər 4 nəfərdən 1-nin krediti var. Problemli kreditlərin həcmi ötən il 10 faizaə qədər idi, bu gün isə artıq təhlükəli həddədir. Bu məsələr öz həllini tapmalıdır”.
Vilayət Muxtar
Tarix: 2-10-2017, 14:24