Rusiyadan Azərbaycana növbəti zərbə
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumunu dəstəkləyib.Kosaçev bu barədə “Facebook” səhifəsində yazıb.
“Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etməsindən o vaxta qədər vacibdir ki, tərəflərin heç biri güc tətbiq etməsin. Əgər İspaniya hakimiyyəti əvvəlki kimi kataloniyalıları separatçı, yaxud indi gördüyümüz kimi terrorçu hesab edəcəksə, dialoq təkcə polis tərəfindən bağlanmayan səsvermə məntəqələrinin sayı barədə aparılacaqsa münaqişə daha da dərinləşəcək, müstəqillik tərəfdarlarının ayaqları altında zəmin daha da möhkəmlənəcək”-Rusiya senatoru yazıb.
Konstantin Kosaçev əlavə edib ki, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya “xalqlarının” öz müqəddəratın təyin etməyə tam hüquqları var idi.
Siam.az
Tarix: 3-10-2017, 10:06