Rusiyalı müxalifətçi Navalnı 20 sutkalıq həbs edilib
Moskvanın Simonovski məhkəməsi bazar ertəsi müxalifətçi Aleksey Navalnını razılaşdırılmamış mitinqlərdə iştiraka çağırışlara görə 20 sutkalıq həbs edib.
"Report" TASS-a istinadən xəbər verir ki, məhkəmə onu mitinq keçirilməsi qaydasının təkrar pozulmasında təqsirli bilib.
Navalnı sentyabrın 29-da dəfələrlə razılaşdırılmamış ictimai tədbirlərə çağırış etdiyinə görə saxlanılıb.
Tarix: 3-10-2017, 10:09