Paşinyan: Rusiya Türkiyəyə elə silah satdı ki...
İcazə verin Serj Sərkisyanın müttəfiqimiz Rusiya sayəsində Azərbaycanla hərbi balansı itirdiyimiz barədə sözlərini təsdiq edim.Axar.az xəbər verir ki, bu barədə müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan danışıb.
“Rusiya hər dəfə Azərbaycana silah satır. Biz isə buna nə ilə cavab verəcəyimizi bilmirik. Əslində cavab sadədir: “Ermənistanla Rusiya arasında daha asılı yeni bir müqavilə imzalamaq”. Daha sonra Rusiya Türkiyəyə silah satır. Biz isə yenidən Rusiya ilə müstəqillik dərəcəmizi azaldan daha bir müqavilə imzalayırıq. Budur, “İskəndər”lərə görə sevinmişdik. Rusiya isə Türkiyəyə S-400 satır. Onunla sizin “İsgəndər”lərinizi oyuncaq kimi vuracaqlar”, - Paşinyan bildirib.
Tarix: 4-10-2017, 21:12