Bütün siyasi qüvvələrin birgə kütləvi aksiyaları daha təsirli vasitədir.
Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak edib.Əməkdaşlıq Mərkəzi 3 milyard vəsaitin qeyri –qanuni yolla Azərbaycandan çıxarılmasına 7 oktyabr 2017-ci ildə keçiriləcək etiraz mitinqinin tələblərini dəstəklədiyini bildirir, bu məsələdə bütün siyasi qüvvələrin birgə kütləvi aksiyalarını daha təsirli vasitə hesab edir.
Əməkdaşlıq Mərkəzi qeyri-qanuni həbs edimiış gənc fəal Qiyas İbrahimov və atasının qondarma ittihamlarla yenidən mühakimə edilməsinə etirazını bildirir, bu addımları Azərbaycanın imicinə və gələcəyinə qəsd hesab edir.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
Siam.az
Tarix: 5-10-2017, 15:20