"Yaxın Şərqin "ərköyün övladı" olan İsrail bütün çərçivələri aşaraq baş bəlasına çevrilib"
"Putin çox gözəl başa düşür ki, Rusiyaya qoyulan iqtisadi sanksiyaların "xaç atası" ABŞ-dakı yəhudi lobbisidir"
Düz yarım əsr sonra İkinci Ərəb dünyası-İsrail savaşı realdırmı? Bu müharibə hansı halda İsrailin məğlubiyyəti ilə başa çata bilər?
Moderator.az-ın əməkdaşı bu sualla politoloq Cümşüd Nuriyevə müraciət edərək onun mövqeyini öyrənib:"Açığı, 1967-ci il məğlubiyyətindən sonra Ərəb dünyasının eyni mövqedən çıxış edə biləcəyi inandırıcı görünmür. Amma hadisələrin inkişaf istiqamətləri və tempi bizə əsas verir ki, "bu xəmirin çox su aparacağını" iddia edək. ABŞ-ın hegemonluğu böyük sual işarəsi altına düşüb. D.Trampın atdığı addımlar düşünülməmiş və strateji cəhətdən yanlış addımlardır. Onun biznes lahiyəsi olan Qüds İsrailin sonunu da gətirə bilər. Nəzərə alsaq ki, İran və Türkiyə Rusiyanın gizli dəstəyi ilə İsrailə qarşı eyni mövqedə çıxış edə bilər, onda müharibə qaçılmazdır. Yaxın Şərqin "ərköyün övladı" olan İsrail qoyulmuş bütün çərçivələri aşıb və tam bir baş bəlasına çevrilib.
Rusiya prezident seçkilərinə hazırlaşdığı bir ərəfədə yəhudu mafiyasını açıq təhdid etməkdən daşınsa da, arxada İsrailin yerində oturdulmasının tərəfdarıdır. V.Putin çox gözəl başa düşür ki, Rusiyaya qoyulan iqtisadi sanksiyaların "xaç atası" ABŞ-dakı yəhudi lobbisidir. İran İsraili bir dövlət kimi görmək belə istəmir və onun dağılması üçün hər şeyi etməyə hazırdır. Türkiyənin Yaxın Şərq planına "badalaq" vurduğuna görə İsrailə çox qızğqındır və hansı yolla olursa olsun qisasını almaq istəyir. Avropa ölkələri Trampı dəstəkləmədi və onu qınadı. Yeganə səsi çıxmayan ərəb dünyasının "üzqarası" olan Səudiyyə Ərəbistanı hələ də susur. İsrail müharibəyə girsə, bir dövlət kimi öz mövcudluğunu itirə bilər. Əgər müharibə başlasa, çox sayda müsəlmanlar da qırılacaq".
Tarix: 8-12-2017, 22:36