“Mən bədbin danışmıram...” - Pənah Hüseyn

“Mən bədbin danışmıram...” - Pənah Hüseyn
“Müxalifətin seçkidə iştirak edib-etməməsi istiqamətində ciddi müzakirələr gedir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakimyyətin və müxalifətin növbəti prezident seçkilərinə hazırlıq səviyyəsini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib:


“Ölkədə seçkilərin necə keçirildiyini bildiyimiz üçün hakimiyyətin xüsusi seçki hazırlığından danışmaq üçün əsas yoxdur. Söhbət olsa-olsa imitasiyadan gedə bilər. Belə deyək, seçkilər hakimiyyət üçün həyata keçirilməsi lazım olan formal bir siyasi aksiyadır.

Müxalifətin indiki vəziyyətdə fəallıq göstərməməsi kimi fikirlərlə də razı deyiləm. Belə düşünürəm ki, müxalifət növbəti seçkilərlə bağlı şəxsən mənim gözlədiyimdən daha çox fəallıq göstərir.

Məsələn, Müsavat partiyası bir neçə tədbir keçirib, eyni zamanda, sosial şəbəkələrdə müxalifətin seçkidə iştirak edib-etməməsi istiqamətində ciddi müzakirələr gedir və sair. Bütün bunlar elə hazırlıq deməkdir. Yəni hazırlıq yalnız seçkilərdə iştirakdan ibarət deyil ki…

Mən bədbin danışmıram, sadəcə, sualınıza cavab olaraq, real vəziyyəti şərh etməyə çalışdım”.

A. Zeynalov
Tarix: 9-12-2017, 10:27
Xəbəri paylaş





Xəbər lenti