Kreml Abbas Abbasovu fəallaşdıra bilər- POLİTOLOQ

Kreml Abbas Abbasovu fəallaşdıra bilər- POLİTOLOQ “Rusiyada mart ayı keçiriləcək prezident seçkilərində Putin yenidən namizədliyini verəcək. Putinə alternativ siyasətçi Navalnı olsa da onun qalib gəlmək şansı sıfıra bərabərdir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.



Kreml Abbas Abbasovu fəallaşdıra bilər- POLİTOLOQ
O qeyd edib ki, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar sosial-iqtisadi vəziyyəti ağırlaşdırsa da, Putinin beynəlxalq siyasətdə Rusiyanın rolunu artırması, Şərqi Avropa və Yaxın Şərqdə hərbi fəaliyyəti Putinə qarşı daxildə müəyyən dərəcədə populyarlıq qazandırıb:

“Putin seçkini keçirdikdən sonra əsas hədəfində Mərkəzi Asiya və Cənubi Qafqaz olacaq. Rusiyanın tam gücü ilə bu regionlarda öz siyasi-ideoloji təsirlərini, həmçinin təzyiqlərini artırmaqla, öz nəzarətini gücləndirməsi qaçılmazdır. Həmçinin Belarusun mərkəzdənqaçma siyasətinin qarşısında sərt təpki göstərəcək. Qarabağ münaqişəsinə gəldikdə isə danışıqlarda manipulyasiyanı davam etdirməklə, Azərbaycan və Gürcüstana qarşı separatizm, işğal siyasətini davam etdirməsi gözlənilir. Xüsusi ilə Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi təzyiqləri qaçılmazdır. Xarkov və Odessa işğal edilə bilər.

Bundan əlavə, Pribaltikaya qarşı öz sərhədlərində hərbi iştirakını artırmaqla, ciddi şəkildə təzyiqlərə start verməsi gözlənilir. Çünki Qərblə Rusiya arasında soyuq savaş davam edir və yeni fazaya keçir. Yaxın Şərqdə güclənən Putin post-sovet ölkələrinə nəzarəti artırmaqlaABŞ-ın Qafqaz və Mərkəzi Asiya siyasətinin qarşısını almağa çalışır. Həmçinin, Şərqi Avropada öz sərhədlərinin yaxınlığında ABŞ-ın hərbi iştirakını təhlükəsizliyinə təhdid hesab edir. Ona görə də Şərqi Avropa və Baltikyanı Rusiya təhlükəsi ilə qarşı-qarşıyadır. Rusiya tanklarının Şərqi Avropada irəliləməsinə-sərhədi keçməsinə ABŞ-ın mane olması illuziyadır. Necə ki, bunu Ukraynada və Gürcüstanda etdi...”

Politoloq hesab edir ki, Putinin Azərbaycanla bağlı müəyyən planları var: “Çünki Azərbaycan Avrasiya və KTMT planlarında yer almır. Müəyyən dərəcədə müstəqil siyasət aparır və TANAP, Bakı-Tiflis-Qars kimi geostrateji lahiyələrlə Rusiyanın maraqlarına uyğun olmayan siyasətə qol qoyub. Azərbaycan iqtidarına qarşı prezident seçkiləri öncəsi Kreml Abbas Abbasovun başçılığı ilə siyasi ittifaq formalaşdıra bilər. Kremlin çevrəsində kifayət qədər hakimiyyətin qarşısına çıxarıla biləcək şəxslər var.

Azərbaycana Moskvanın səfir təyinatının gecikməsi də məhz diplomatik soyuqluqdan irəli gəlir. Kreml ermənipərəst Zuyevi səfir göndərməklə Azərbaycana seçki öncəsi təzyiqləri planlaşdırırdı. Rusiya elə bir şəxsi göndərmək istəyir ki, keçmiş səfir Doroxin kimi loyal siyasət aparmasın. Hazırda Rusiyanın təzyiqləri Qarabağ və Xəzər dənizində özünü biruzə verir. Qərb Putinin aqressiyasını durdura bilməsə, Mərkəzi Asiya,Qafqaz və Şərqi Avropanın yaxın beş il ərzində Rusiyanın əsas nəzarətinə keçmək təhlükəsi ilə üz-üzədir. Qərbin əlində əsas kart olan şimali Qafqaz da hazırda Putinin tam nəzarətindədir”.

Alçina Amilqızı
Tarix: 12-12-2017, 14:31
Xəbəri paylaş





Xəbər lenti