Artur Rasizadənin 4 köməkçisi işdən çıxarıldı - Kabinetdə nələr baş verir?
Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Artur Rasi-zadə“Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.
Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.
Siam.az
Tarix: 13-12-2017, 11:03