Hansı icra başçıları yola salınır? - İDDİA
Ötən həftə vəzifədən çıxarılan vergilər naziri Fazil Məmmədovdan sonra növbə onun yaxınlarına çatıb. Etibarlı mənbələrdən Hurriyyet.org-a verilən məlumata əsasən, Fazil Məmmədovun yeznəsi, Binəqədinin qalmaqallı icra başçısı Xaləddin İsgəndərov tezliklə vəzifədən çıxarılacaq.Mənbə deyir ki, iki gün əvvəl Prezident Administrasiyasına çağrılan X.İsgəndərova yır-yığış etmək üçün ayın sonuna kimi vaxt verilib. Yeni ildən etibarən onu əvəzləyəcək şəxsin adı da artıq bəllidir. Sadəcə, prezidentin sərəncamı olmadan bu haqda açıqlama verməyi düzgün hesab etmirik…
Məlumata əsasən, 2018-ci ilin əvvəlində vəzifəsini itirəcək icra başçısı təkcə Xaləddin İsgəndərov olmayacaq. İddia olunur ki, Sabunçu rayonunun icra başçısının da tezliklə əvəzlənəcəyi istisna deyil.
Bu haqda məlumat verən mənbənin sözlərinə görə, Sabunçuda təkcə son bir ildə evlərin və obyektlərin tikintisinə verilən qanunsuz icazə, daha doğrusu, rüşvət hesabına tikintiyə “göz yumma” nəticəsində on milyonlarla manat toplanıb ki, bu pullar da tamamilə “yeyilib” və büdcəyə bir qəpik də keçirilməyib.
Bundan əlavə, hər iki rayonda torpaqların qanunsuz satışı zamanı külli miqdarda korrupsiya hallarına yol verilib ki, bu faktların hər biri Birinci vitse-prezidentə çatdırılıb. Mənbə deyir ki, Mehriban Əliyevanın bu faktlara göz yumulmayacağını bəyan etməsi səbəbindən, yaxın vaxtlarda Binəqədi icra başçısı ilə yanaşı, Sabunçu rayon rəhbərinin də yenilənəcəyi istisna olunmur.
Tarix: 14-12-2017, 09:44