Tofiq Yaqublu: Elman Fəttah haqlıdır, Müsavatda fikir ayrılığı var

Tofiq Yaqublu: Elman Fəttah haqlıdır, Müsavatda fikir ayrılığı var Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib.

T. Yaqublu APA-ya açıqlamasında E. Fəttahın haqlı olduğunu bildirib: "Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".

T. Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib.

Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.
Tarix: 14-12-2017, 16:30
Xəbəri paylaş





Xəbər lenti