“Böyük qayıdış”: İqtidar erməniləri Qərb və Şərqdə ifşa edir - Gəlişmə...

“Böyük qayıdış”: İqtidar erməniləri Qərb və Şərqdə ifşa edir - Gəlişmə...
Ötən ilin aprel döyüşlərindən sonra təmas xəttində hər iki döyüşən tərəf ciddi psixoloji təsir alıb: Azərbaycan indi daha əzmkar, qətiyyətli mövqe bildirir

Xalqımız qələbə ovqatında, döyüş istəyindədir. Ermənistan isə hərbi-siyasi iflasın ən son mərhələsinə qədəm qoyduğunu anlayır.

Bu barədə Palitika.Az xəbər yayıb. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məskunlaşmanın başlanması və təsərrüfatların qurulması düşmənə öldürücü mənəvi zərbə olub.

Əks cinahda istifadəsiz qalan ərazilərin də Azərbaycanın nəzarətinə keçəcəyinə mesajdır. Artıq Azərbaycan dövləti “Böyük Qayıdış” layihəsinə start verib.

Bu layihə Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra orada insanların təhlükəsiz yaşayışının təmin edilməsi, ərazidə normal həyat üçün tələb olunan bütün bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi özündə ehtiva edən sənəddir.

“Artıq ermənilər Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət qarşısında tab gətirə bilmirlər. Yaydıqları cəfəng fikirlər dünyada eşidilmir.

Bu ilin fevral ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş 18 xarici kütləvi informasiya vasitələri əməkdaşlarının və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş 60-a yaxın diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərlərindən sonra dünya birliyi Azərbaycan Prezidentinin sülhsevər, humanist siyasətinin sözdə deyil, əməldə də təsdiqini tapdığını gördü.

Ermənilərin ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir.

Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənədlər, məlumatlar və fotolar Dövlətqaçqınkom tərəfindən Rusiyanın Sankt-Peterburq şəhərindəki keçmiş SSRİ arxivindən götürülüb. Sənədlər Azərbaycan, rus və ingilis dillərinə tərcümə edilib.

Palitika.Az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi barədə yeni qərar verib.

Qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyana görə 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclərə görə 28 642 funt sterlinq təzminat ödəməlidir.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi barədə qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı) və 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirmişdi.

İş üzrə iddiaçılar azərbaycanlı məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940).

Prezident erməniləri Avropada real faktlarla ifşa edir. Eləcə də İstanbul zirvəsində möhtəşəm çıxış edib.

Sitat: “Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır.

Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır.
Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Palitika.Az
Tarix: 14-12-2017, 23:43
Xəbəri paylaş





Xəbər lenti