“Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil” - Deputat
Milli Məclisin bu gün keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.BakuPost.az xəbər verir ki, APA-nın məlumatına görə, yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, bu yanlış addımdır.
O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: "Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.
Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.
Tarix: 15-12-2017, 13:49