"Azərbaycana simpatiyası olan yəhudilər var"

"Azərbaycana simpatiyası olan  yəhudilər var"
"İsraillə bizim əlaqələrimiz yaxşıdırsa, nədən onu gərginləşdirməyə çalışmalıyıq?"


Tarix boyu Azərbaycanda yaşayan yəhudilərlə heç bir problemimizin olmadığı, əksinə, dostluq münasibətlərinin hakim olduğu hər kəsə bəllidir və dünya yəhudiləri bunu məmnunluqla xatırlayırlar. Üstəlik, sovetlərin dağılmasından sonra İsrailə köçən yüz minlərlə yəhudinin orada Azərbaycanın xeyrinə lobbiçilik etməsini də bizlər buradan məmnunluqla izləyirik. Amma eyni zamanda Tə-Əvivin son illər qardaş Türkiyəyə qarşı davranışlarından narahatıq və bu azmış kimi ABŞ prezidentinin aydın səmada şimşək effektinə bərabər Yerusəlim davası ortalığı əməlli-başlı qarışdırıb.

Belə bir həssas dönəm əslində bulanıq suda balıq tutmaq mərəzinə yoluxmuş ermənilər üçün vazkeçilməz fürsət hesab oluna bilər və onlar yaranmış inciklikdən maksimum bəhrələnərək Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətlərini pozmaq üçün əllərindən gələni əsirgəmirlər.

Belə bir məqamda İsrailin müdafiə naziri və təkcə öz ölkəsində deyil, bütün dünya yəhudiləri içərisində çox ciddi söz sahibi olan Aviqdor Liberman erməniləri pərt edən açıqlamalarla çıxış edib.

Həmin açıqlama bu linkdə--- moderator.az/news/204306.html

Görəsən bizlər yəhudi nazirin Azərbaycan sevgisinin səmimiyyətinə inanaqmı?

Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bildirib ki, istənilən şəraitdə bu ölkə ilə qarşılıqlı münasibətləri qoruyub saxlamaqda fayda var:

"Bu heç vaxt sevgi ola bilməz. Azərbaycana simpatiyası olan və burada çörəyimizi yeyib onun qədrini bilən yəhudilər var. Və üstəlik, siyasi dəngələrdən dərs çıxararaq mənafe naminə ilişki qurmaq istəyən adamlar yox deyil. Yəhudilərlə, İsraillə bizim əlaqələrimiz yaxşıdırsa, nədən onu gərginləşdirməyə çalışmalıyıq? Bəzən təbii müttəfiqləri də bir - birinin üzərinə qaldırmaq istəyən adamalar olur, onlar da müəyyən dairələrin sifarişlərini yerinə yetirirlər. İsraillə bizim aramızda olan bu münasibətlərin yaxşı olmasını ermənilər istəmir. Heç Türkiyənin də. Türkiyə ilə münasibətlər gərginləşən kimi Knessetə "Erməni soyqırımı" layihəsi çıxarılır. Məncə bundan nəticə çıxarmalıyıq. Əlbəttə, Azərbaycan Fələstin Türkiyənin mövqeyini dəstəkləməlidr. Çünki biz də işğala məruz qalmış bir dövlətik. Bir - birinə bənzəməsə də işğal faktı orda var, Qarabağda da. Demək durum bizi bu işğala etiraz etməyi gərəkdirir. Amma bunları da elə etməliyik ki, ortaq mənafeyimizə zərər dəyməsin.
Tarix: 19-12-2017, 07:40
Xəbəri paylaş





Xəbər lenti