Rusiya öz sərhədləri yaxınlığında hansı PLANLAR QURUR? - Yeni strategiyanın DETALLARI

Rusiya öz sərhədləri yaxınlığında hansı PLANLAR QURUR? - Yeni strategiyanın DETALLARI
ABŞ prezidenti Donald Tramp ABŞ-ın milli təhlükəsizliyinin yeni Strategiyasını təqdim etdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə “böyük dövlətlərin rəqabətinin geri qayıtdığı” deyilir.

Rusiya və Çin doktrinada ABŞ üçün əsas çağırışlar hesab edilir. Amerika siyasətçilərinin fikrincə, bu ölkələr dünya nizamını “təkrar gözdən keçirməyə” çalışırlar. Ekspertlər izah edir ki, Vaşinqton Çinin texnologiyalar baxımından ABŞ-ı üstələyə biləcəyindən ehtiyat edirlər.


Adətən, ABŞ-ın milli təhlükəsizliyik strategiyaları Ağ Evin saytında dərc edilir. Ancaq Donald Tramp açıq çıxış zamanı dünyadakı vəziyyətlə bağlı arzularını ifadə etdi. Onun nitqi seçkiqabağı dövrü xatırladır, Amerikanın böyüklüyü və təhlükələri haqqında təmtəraqlı sözlərlə dolu idi.

“Bizim rəqiblərimiz güclüdür və böyük oynamağa hazırdır”, - o bildirib.

ABŞ-ın milli təhlükəsizliyinin strategiyası hər bir Amerika prezidenti tərəfindən qəbul edilən sənəddir. Sənəddə dövlət üçün əsas çağırışlar və təhlükələr, həmçinin onlara cavab olaraq administrasiyanın atmağa hazırlaşdığı addımlar yer alır.

Ağ Evin saytında dərc edilmiş sənəddə qeyd edilir ki, ABŞ nüvə silahının yaradılması ilə məşğul olan rejimlərin olduğu “təhlükəli dünyaya” qarşı dayanır. Bu kontekstdə Koreya Xalq Demokratik Respublikası (KXDR) xatırlanır və İrandakı “diktatura”dan danışılır. İddia edilir ki, İran “ABŞ-ın məhv edilməsi haqqında açıq danışır”.

Sənəddə vurğulanır ki, ABŞ terrorçuları Suriyadan və İraqdan qovaraq bu ölkələrdə müvəffəqiyyətlərə nail olub. Sənədin proloqunda həmçinin qeyd edilir ki, ABŞ-ın özündə vəziyyət yaxşılaşıb və iqtisadiyyat güclənib.

“Bütün dünya Amerikanın yenilənməsi və Amerika liderliyinin qayıdışı ilə ruhlanıb”, - çıxışı zamanı Tramp iddia edirdi.

Strategiyada deyilir ki, “böyük dövlətlərin rəqabəti” qayıdır və ABŞ bu gün iki “revizionizm” dövlətinə - Rusiya və Çinə qarşı durur. Vaşinqtonun fikrincə, bu ölkələr status-kvonu Amerika maraqlarına zərər verməklə dəyişmək istəyirlər.

Bundan başqa, mətndə qeyd edilir ki, Rusiya və Çin sülh vaxtı ciddi ticarət əhəmiyyətinə malik olan zonalardan ABŞ-ı kənarlaşdırmaq üçün hərbi imkanlarını genişləndirir.

“Çin Hindistan-Pakistan regionunda ABŞ-ı əvəz etmək, dövlət hökmranlığına əsaslanan iqtisadiyyatının təsirini artırmaq üçün regionu yenidən dizayn etmək istəyir. Rusiya öz sərhədlərinin yaxınlığında təsir sahələri yaradaraq özünə böyük dövlət statusunu qaytarmaq istəyir”, - sənəddə bildirilir.

Bundan başqa sənəddə, Rusiya “bütün dünyada ölkələrin daxili işlərinə qarışan” ölkə kimi xatırlanır. Rusiya və Çin Venesueladakı “diktator rejim”ə dəstək verməkdə ittiham olunur.

Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin birinci sədr müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak qeyd edir ki, sənəd Vaşinqtonun Moskvanı strateji rəqib hesab etdiyini göstərir.

Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Leonid Slutskiy hesab edir ki, strategiya “birqütblü dünyanın qurulması və Amerika hegemonluğunun dirçəlişi”nə yönəlib. Onun sözlərinə görə, belə vəziyyətə Rusiya və Çin qarşı tərəfdən çıxış edir.

Doktrinada deyilir ki, Çin və Rusiya öz iqtisadiyyatlarının azadlığını azaltmaq, həmçinin informasiyaya nəzarət etmək, öz cəmiyyətlərini boğmaq üçün döyüş güclərini artırmaq istəyir.

Atlantik Şurasının aparıcı analitiki, Çin üzrə mütəxəssis Metyu Berruz anti-Çin doktrinasının ritorikasını bir neçə amillə bağlıyır. Onun sözlərinə görə, ABŞ əsasən, proteksionizm ölçülərindən istifadə edərək Çini cəzalandırmaq istəyir.

“Çünki inanmırlar ki, Ümumdünya Ticarət Təşkilatı və başqa beynəlxalq təşkilatlar Çinə qarşı hansısa addımlar atacaqlar”,- ekspert vurğulayıb.

Bundan başqa, Berruz əlavə edib ki, ABŞ Çinin artıq süni intellekt və başqa yeni texnologiyalar sahəsində ABŞ-a yaxınlaşmasından qorxuya düşüb.

ABŞ milli təhlükəsizliyi üzrə yeni sənəd Dmitri Medvedevin prezidentliyi müddətində - 2010-cu ildə Barak Obama administrasiyası tərəfindən qəbul edilmiş analoji sənədlə ziddiyyətlər təşkil edir. Doktrinada Rusiya haqqında pozitiv məqamlar var idi. Qeyd edilirdi ki, ABŞ Çin, Hindistan və Rusiya kimi təsirin əsas mərkəzləri ilə daha dərin və effektiv əlaqələri yaratmaq üçün işləyir.

Ömər Dağlı
Tarix: 19-12-2017, 16:24
Xəbəri paylaş





Xəbər lenti