Postsovetin Çe Gevarası - Rəsul Quliyev niyə Saakaşvili ola bilmədi? - Analogiya

Postsovetin Çe Gevarası - Rəsul Quliyev niyə Saakaşvili ola bilmədi? - Analogiya
Onu Qafqazın və ümumilikdə postsovet məkanının liberal inqilabçısı adlandırırlar. Əfsanəvi kommunist partizan Çe Gevara ilə müqayisə olunan Mixail Sakaaşvili öz vətəni - Gürcüstandan sonra Ukraynada siyasi dəyişikliklərə nail olmaq istəyir.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, argentinalı Çe Gevara velosipedlə səyahətə çıxarkən Meksikada Fidel Kastronun təşkilatlanan inqilabçılarına qoşulur və “Granma” gəmisində Kubaya doğru irəliləyirlər.
Kubanın qanlı diktatoru Baptista və onun ordusu ilə uzun müddət müharibələrdən, ölümün, qanın, alovun içindən çıxan Fidel və dostları Havanaya qalib olaraq daxil olurlar.

O zaman Çe Gevara bir neçə nazir postu tutur, BMT-də çıxış edir, əfsanəvi inqilabçı kimi adını tarixə yazdırır.
Amma bununla kifayətlənməyən argentinalı qəhrəman Kubadan sonra sosialist inqilabının dünyanı bürüməsi yolunu seçir.
Çe qlobal devrim tərəfdarıydı və Kubadakı vəzifəsindən gedərək Fidelsiz inqilabi fəaliyyətini davam etdirir. Onun yolu uzun idi - Qvatemala, Honduras, Boliviya....
Amma o dövrdə ABŞ-SSRİ arasında anlaşma Çenin Boliviyadan təklənməsi ilə nəticələnir. Sovet İttifaqı Latın Amerikasında ABŞ-ın cinayətlərinə göz yummağa razılaşır.
Nəticədə Boliviya Kommunist Partiyası Gevaraya qoşulanların cəzalandırılacağını bəyan edir.
Beləcə təkənmiş Çe Gevara məğlub olur və məktəb həyətində yorğun, əzgin ovqatda ələ keçirilərək işgəncə ilə qətlə yetirilir.
Lakin XX əsrin ən böyük qəhrəmanı olan Çe XXI əsrdə də populyardır, aktualdır, fikirləri, mübarizə yolu örnəkdir. O baxımdan Gürcüstanda liberal inqilabın müəllifi olan “Mişa” Çe ilə müqayisə olunur.
Onun Şvarnadzenin istefasından sonra kriminallaşmış, rüşvətə bulaşmış, korrupsiya. Bürokratiya olan ölkəsində elədiyi köklü islahatlar, ciddi dəyişikliklər vətənini bir sistemə oturtdu.

Saakaşvilidən sonra da bu sistem dəyişməsi, rüşvət kəsildi, qeyri-neft sektoru inkişaf etdirildi, Gürcüstan turizm ölkəsinə çevrildi, kriminallar həbs olundu, təhlükəsizliyin təminatı ən yüksək səviyyədə gerçəkləşdi.
Hazırda Gürcüstandakı İvanişvili iqtidarı da “Mişa”nın qoyduğu nümunəvi yola xəyanət etmədi.
Baxmayaraq ki, ölkəsinin “Yusif Sərrac”ı barəsində cinayət işi başlanıb, korrupsiyada ittiham olunur.
Təbii ki, onun vətəninin qəhrəmanından canisinə çevrilməsinin səbəbkarları gürcü oliqarxiyası idi.
Çünki Saakaşvili hakimiyyətə gələndə məmur-oliqarxların mülkiyyətini, biznesini dövlətin balansına keçirdi, korrupsinerlər həbs olundu.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, MDB məkanının Çe-si adını qazanmış “Mişa” Gürcüstandan sonra Ukraynada devrimi davam etdirmək üçün çırmanıb.
Bəziləri onu şoumen adlandırır, bəziləri arxasında ABŞ-ın dayandığı üçün arxayın mübarizə apardığını söyləyir, kimisi ssenariləşdirilmiş siyasi spekulyasiyalar olduğunu iddia edir.

Lakin reallıq budur ki, Saakaşvili risk edərək öz vətəni olmayan ölkənin gələcəyi uğrunda mübarizə aparır.
Hətta onu Vaşinqton himayə etsə də, bu gürcü missionerin sakitcə bir kənara çəkilib ömrünün sonuna qədər Amerikada rahat həyatını yaşamaq seçimi də vardı.
Necə ki, eks-spiker Rəsul Quliyev getdiyi vaxtdan ABŞ-da viski içmək və skaypla blef dolu bəyanatlar verməklə məşğuldur.
R.Quliyev də Vaşinqtonu tərk edərək Azərbaycan üçün ciddi mübarizə apara bilərdi. Keçmiş spiker zaman-zaman vətənə qayıdacağı barədə vədlər versə də, onun Amerikada lüks həyatdan imtina etmək istəmədiyi göz qabağındadır.
Hərçənd Qərbdən ciddi dəstək ala, əlaqələrə qura bilərdi. Odur ki, Qafqazın iki ölkəsində fərqli nümunələr var - Amerikada yeyib-içib dincələn R.Quliyev və “Ağ ev”in pullu inqilablarının əzmkar lideri Saakaşvili...

“Mişa”nın Ukraynada qalib gələcəyini proqnoz eləmək çox çətindir. Poroşenko iqtidarı Maydan hərəkatından sonra Moskva ilə hesablaşmalı oldu.
Krım itkisi, Donbasda ağır döyüşlər, Luqanskda bitməyən müharibə əbədi qonşu olan Ukraynanın Rusiya ilə hesablaşmağa məcbur elədi.
Çünki Yanukovuçi də, Poroşenko iqtidarını da son qədər qorumayan Qərb, ABŞ və makkeynlər Kiyev hakimiyyətini çətin vəziyyətə saldı.
Bundan sonra dövriyyəyə Saakaşvili girdi və Ukraynanı təzədən Moskvanın orbitindən qoparıb liberal dünyaya açılması üçün çırmandı.
Bu gün Ukraynada baş verənlər 1991-92-ci illərdə ölkəmizdə olub-bitən hadisələrə çox oxşayır. Demək olar ki, ictimai-siyasi durum da bənzərdir.
Həmin vaxt Rusiyanın ciddi maddi, siyasi, hərbi dəstək verdiyi separatçı ermənilər ölkəmizin bir hissəsini işğal etmişdi və bu, ölkədə ictimai-siyasi durumu gərginləşdirmiş, siyasi böhrana səbəb olmuşdu.
Bu gün yenə Rusiyanın maddi, siyasi, hərbi dəstək verdiyi separatçı ruslar Ukraynanın Krım vilayətini, eləcə də şərq əyalətlərini işğal ediblər və bu, Ukraynada ictimai-siyasi durumu gərginləşdirib, siyasi arenada xaos yaradıb.
1991-ci ildə bizdə hakimiyyət komandası siyasi opponentləri ilə bacarmırdı, ayrı-ayrı liderləri həbs etsə də, içəridə saxlaya bilmir, tezliklə azadlığa buraxmalı olurdu.
Bu gün Ukraynada da elədir, hakimiyyət qüvvələri müxalifətçi Mixail Saakaşvilini birinci dəfə 2-3 saat, sonra isə cəmi 3 gün həbsdə saxlaya bildilər…
Tarix: 20-12-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti