“Post-sovet respublikaları Rusiyanın tərkibinə qayıdacaq” - QALMAQALLI BƏYANAT

“Post-sovet respublikaları Rusiyanın tərkibinə qayıdacaq” - QALMAQALLI BƏYANAT
Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski keçmiş SSRİ ərazilərinin Rusiyanın tərkibinə qayıdışı imkanı haqqında danışıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Dövlət Dumasının üzvü partiyasının 31-ci qurultayında çıxışının gedişatında post-sovet respublikalarının Rusiyanın tərkibinə könüllü qayıdışını istisna etmədiyini bildirib.


“Rusiya vahid və bölünməzdir. Və biz məmnuniyyətlə gözləyəcəyik, keçmiş SSRİ-nin əraziləri Rusiyanın tərkibinə qayıdacaq və özləri Moskva ilə qarşılıqlı münasibətlərin formasını seçəcəklər”, - o deyib.

Jirinovski həmçinin qeyd edib ki, Rusiya ilə “yenidən birləşmədən” sonra bu regionlara geniş muxtariyyət vermək lazımdır. Jirinovskinin fikrincə, Moskvanın həmişə özünün həll etdiyi xarici siyasət, müdafiə və maliyyə məsələləri istisna olmaqla, regionlara geniş muxtariyyət vermək mümkündür.


“Post-sovet respublikaları Rusiyanın tərkibinə qayıdacaq” - QALMAQALLI BƏYANAT
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını “iyirminci əsrin faciəsi” adlandırıb.

SSRİ-nin tərkibində olan respublikalardan olan Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib.

Ömər
Tarix: 20-12-2017, 16:02
Xəbəri paylaş





Xəbər lenti