“Fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq onlara nökərlik edənlər bizə türk demək istəmir!” - Araz Əlizadəyə CAVAB

“Fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq onlara nökərlik edənlər bizə türk demək istəmir!” - Araz Əlizadəyə CAVAB
Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mətbuata verdiyi açıqlamasında Azərbaycanın tarixi simalarının milli kimliyinə dair açıqlama verib. Onun sözlərinə görə, “ Babək, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətai türk deyil. Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olub”.

Deputat bu fikiri siyasi partiyalar arasında çox kəskin qarşılanıb.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP ) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı Müsavat.com saytına verdiyi açıqlamasında bildirib ki, Araz Əlizadə danışdığı cəfəngiyyatdan başqa şey deyil: “Araz Əlizadə Azərbaycan cəmiyyətinə, mətbuatına ancaq və ancaq türk şəxsiyyətlərini aşağlayan daxilən TÜRK kimliyinə nifət edən biri kimi çıxır. Baxın, onun son dövrlərdə mətbuatda veridyi açıqlamalarına. Dilində TÜRK ifadəsindən başqa heç nə yoxdur. Bu da təbii ki, TÜRK millətinə olan nifrətindən qaynaqlanır. Hər kəs bilir ki, bu adam türklərə patoloji nifrət edir. Söhbət Anadolu türklərindən getmir. Dünyada yaşayan və qədim mədəniyyəti olan, dünya sivilizasiyasına öz töhfəsini vermiş, tarix boyu öz yeri və çəkisi olan bir millətdən, 350 milyonluq TÜRK etnosundan gedir. Bu adamın nifrəti 350 milyonluq xalqadır. Yaxşı ki, Araz Əlizadə türk deyil. Türk olsaydı, daha təsirli ola bilərdi. Hər kəs bilir ki, bu adam fars-rus ittifaqını sevən, dəstəkləyən və onlara sədaqətlə xidmət edən bir adamdır. Nə vaxt mətbutatı açırsan, Əlizadə qardaşları Azərbaycan əhalisinin etnik mənşə etibarilə türk olmadığını sübut etməyə çalışırlar. Sanki bunlar özlərini antitürk ovqatlı biri kimi təsdiq etməyə can atırlar. Azərbaycanın tarixi şəxziyyətləri ilə bağlı dediklərinin heç bir əsası yoxdur. Hazırda Şimalı Azərbaycanda 10 milyona yaxın əhali yaşayır. Və bu əhalinin 90 % türk etnik qrupuna daxil olmuş insanlardır. Azərbaycanın tərkibində yaşayan bütün etnik qrupları özümüzə qardaş bilirik. Uzun illərdir bu xalqlarla birgə yaşayırıq və heç zaman da heç bir problemimiz olmayıb. Və Azərbaycanın dövlət maraqlarını sevməyən bəlli qonşularımız hər zaman etinik qruplar məsələsi ilə dövlətimizə zərbə vurmaq fürsət hazırlayıblar. Bu da keçərli olmayıb. Araz Əlizadə bilsin ki, parçalanmış Azərbaycanın bu gün İranda yaşayan 35 milyondan artıq nümayəndəsinin də 90% türk kökənlidir. Sonda onu da deyim ki, tarix boyu və bu gün də fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq nədənsə onlara nökərlik edənlər isə biz türk demək istəmir!"

Musavat.com
Tarix: 23-12-2017, 16:29
Xəbəri paylaş





Xəbər lenti