Səudiyyə kralından Ərdoğana arxadan zərbə

Səudiyyə kralından Ərdoğana arxadan zərbə
ABŞ-ın Qüds qәrarından sonra BMT-dә Fәlәstin mәsәlәsi tәsdiqlәndiyi zaman Fәlәstin lideri Mahmud Abbas Sәudiyyә Әrәbistan kralı Salman ibn Әbdülәzizlә görüşürdü.

Mossada yaxınlığı ilә tanınan Debkafile internet saytının xәbәrinә görә Sәudiyyә Әrәbistanı ziyarәt edәn Mahmud Abbas kral Salman ibn Әbülәzizlә görüşüb. Xәbәrdә bildirilir ki, sәsvermә günü Mahmud Abbasın Sәudiyyә kralı ilә görüşmәsi sәrt reaksiyalara sәbәb olub. Xәbәrә görә görüşmәdә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da müzakirә mövzusu olub. Kral Salmanın Mahmud Abbasa Trampın Qüds siyasәtinә qarşı gәlmәmәyi mәslәhәt gördüyü iddia edilir. Mahmud Abbasa Trampın bu siyasәtini dәstәklәyәcәyi halda Sәudiyyә Әrәbistanının vә BӘӘ-nin Fәlәstinin arxasında olacağına tәminat verildiyi bildirilib. Ayrıca Mahmud Abbasdan Әrdoğanla әlaqәlәri kәsmәsi vә Әrdoğanın Qüds mәsәlәsindәki yanaşmasından uzaq durması istәnilib.

Siam.az
Tarix: 24-12-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti