SSRİ adlı dövlətin yarandığı gün

SSRİ adlı dövlətin yarandığı gün
95 il əvvəl Sovet Sosialist Respublikaları İttifaqı yaranıb

1922-ci il dekabrın 30-da Moskvada I Ümumittifaq Sovetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib.


Sputnik Azərbaycan xəbər verir ki, Sovet İttifaqı Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-in birləşdiyi federativ qurum) təsisçiliyi ilə yaradılmışdı. Sonrakı illərdə SSRİ respublikalarının sayı 15-ə çatdı.

Qurultayda SSRİ-nin ilk ali idarətemə orqanı — 18 nəfərlik Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib.

“Zaqfederasiya”dan SSRİ rəhbərliyinə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanov seçilib.


Tarix: 30-12-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti