“Demokratiyaya rus üslubu müdaxilələr azad dünyanı narahat edir”- The Washington Times

“Demokratiyaya rus üslubu müdaxilələr azad dünyanı narahat edir”- The Washington Times
“Əgər bu proses Qərbdə uğurla həyata keçirilirsə, o zaman zəif dayaqlara malik ölkələrin halı necə olsun”
Hazırda Vaşinqtonda və demokratik Avropanın paytaxtlarında müzakirə olunan əsas mövzu Rusiyanın başqa ölkələrdə keçirilən seçkilərə etdiyi müdaxilələrlə bağlıdır.


“Haker hücumları, feyk (yalan, saxta) xəbərlər və sosial şəbəkələr vasitəsilə edilən manipulyasiyalar bu gün onsuz da bir çox ölkələrdə kövrək sayılan demokratiyaları zərbə altında qoya biləcək qlobal tendensiya halını alıb”, - “The Washington Times” qəzeti yazır.

“Bu Tövrat hekayəsində Davudun nəhəng Qoliafa atdığı bircə sapand zərbəsi ilə onu aşırmasına bənzəyir. Əgər Amerikanı bu cür kampaniyalarla sarsıtmaq mümkünsə, məsələn, Keniya kimi ölkələrdə eyni hadisələr təkrarlandığı zaman nə baş verə biləcəyini təsəvvür etmək çətindir”,- məqalədə yazılıb.

Bir çox ekspertin fikrincə, Rusiya piar-manipulyasiyalar, şübhəli rəqəmsal məlumatlar yolu ilə seçkilərdə xaos situasiyasını doğuraraq əslində XXİ əsrin yeni diversiya fəaliyyəti üçün nümunə yaradıb.

“The Washington Times”-ın rəyini öyrəndiyi diplomatlar, qanunvericilər və xüsusi xidmət orqanlarının əməkdaşlarının söylədiyi ortaq rəyə əsasən 2016-cı ildə ruslar üçün Tramp və ya Klintonun qalib gəlməsinin elə böyük əhəmiyyəti olmayıb.

Tam əksinə, Moskvanın məqsədi daha bəsit xarakter daşıyıb: Amerikada siyasət və media sahələrində xaosu körükləndirərək ABŞ vətəndaşlarında demokratik proseslərə olan inamı sarsıtmaq...

“ABŞ həmişə bizlər üçün qanunçuluq və demokratik prinsiplərə əməl olunması msələsində nümunə olub. İndi Vaşinqtonun Rusiyanın manipulyasiyaları qarşısında aciz qalması barədə gələn xəbərlər hər kəsdə onun gücü ilə bağlı şübhələrə yol açıb. Ümid edirik, bu sadəcə xırda anlaşılmazlıqdır və ABŞ bütün bu olanların öhdəsindən layiqi ilə gələcək”, Moldaviyanın BMT-dəki keçmiş nümayəndəsi, öz ölkəsində qərbpərəst mövqe tutan və buna görə də Moskvanın dezinformasiyalarının hədəfi halına gələn diplomat Vladimir Lupan məqalədə fikrini bildirib.

“Hər halda ABŞ-ın düşmənləri Rusiyanın seçkilərə hansısa yollarla qarışdığı məsələsini şişirdərək onun bir dövlət olaraq dağılmaqda olması təsəüvvürləri bir çoxlarını beyinlərində möhkəmlədirlər”, məqalədə deyilir.

“Deyə bilmərəm ki, bu Rusiyanı hamının gözündə güclü edib, lakin bir şey bəllidir ki, ABŞ-ın nüfuzu hər kəsin gözündə düşüb və zəifləyib”, Tehran universitetinin professoru Seyid Məhəmməd Mərəndi “The Washington Times”-a bildirib.

Məqalədə yalan informasiyaların yayılması ilə seçkilərə təsir etmə tendensiyasının hazırda Afrikada sınandığı qeyd olunur.

Bunun ən böyük örnəyi Keniyada yaşanıb. Həmin ölkədə avqust ayında keçirilən prezident seçkilərindən sonra sosial şəbəkələr küçələrdə təcavüz hadislərinin yayıldığı barədə məlumarlarla doldurulub. Bütün bu xəbərlərin isə əslində tamamilə yalan olduğu ortaya çıxıb.

“Burada artıq hansısa xarici dövlətin manipulyativ aksiyalar həyata keçirməsindən söhbət getmir. Sadəcə yerli siyasətçilər pulla xarici firmaları tutaraq onlara feyk xəbərlərlə ictimaiyyətin rəyini yönləndirmək tapşırığı veriblər.

Eyni proses Cənubi Afrika Respublikasında da aparılıb. Burada prezident Yakob Zimaya sıx əlaqədə olan olan və sahib olduğu “Oakbay” şirkəti ilə CAR-da monopolist mövqelərə malik Qupta ailəsi prezidentlə bağlı korrupsiya xəbərlərindən diqqəti yayındırmaq məqsədilə Böyük Britaniyanın “Bell Pottinger” şirkətinin xidmətindən istifadə edib. Şirkət hər ay Oakbay-dan 100 min funt alırmış.

“Bell Pottinger” bu məqsədlə sosial şəbəklərdə CAR-ın ağ əhalisinə qarşı nifrət hisslərini gücləndirən yalan xəbərlərin yayılması ilə məşğul olub.

“Lakin Cənubi Afrika Respublikasında ağ əhaliyə qarşı irqçiliyi artırmaq məqsədi ilə bağlı yalan xəbərələrlə edilən lokal maxinasiya tam əks effekt verib və nəticədə dünyanın ən böyük piar şirkətlərindən biri, vaxtilə Marqaret Teçerin müşaviri olmuş, Timoti Bellin təsisçisliyini etdiyi Bell Pottinger şirkəti iflas edib”, -yazıda bildrilir.

Yazıda Çin və İranın da bəhs edilən tendensiyadan istifadə etmək istəməsi barədə məlumat verilir.

“Vaxtilə ABŞ da digər ölkələrdəki seçki proseslərinə eyni üsullarla müdaxilə edib”, “China Daily” qəzetinin Vaşinqton müxbiri Çen Veyxua məqaləsində yazıb. Çinli jurnalist “China Daily” oxuyucularına 1996-cı ildə Bill Klintonun Rusiyaya 10,2 milyard dollarlıq kredit ayrıması barədə qərarının və bunula bağlı yayılan informasiyaların Boris Yeltsinin yenidən seçilməsində həlledici faktor olduğunu xatırladıb.(Musavat.com)
Tarix: 2-01-2018, 16:46
Xəbəri paylaş





Xəbər lenti