"İran rəhbərliyi ən başından buna göz yumdu, çünki Tehran güclü bir Güney Azərbaycan istəmir"
Moderator.az xəbər verir ki, Türkiyədə yaşayan və çalışan tanınmış ziyalımız, Giresun Universitetinin keçmiş rektoru, professor, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Aygün Attar, İranda yaşananları anlamaq üçün iki şəhərə - Tehran və Təbrizə baxmaq lazım olduğunu söyləyir.
Attarın sözlərinə görə, İranda yaşanan hadisələrə təsir göstərə biləcək tək şey 35 milyon əhalisi olan Türklərdir:İranda başlayan küçə hadisələri ABŞ-ın rəhbərliyindəki ittifaqda hərəkətə keçirdi. Başda ABŞ, İsrail və İngiltərə olmaq üzrə bir çox ölkənin idarəçisi, İrandakı qiyamı dəstəkləyən açıqlamalar verdi. Hadisələrin inkişafını "Yeni Şafak" üçün qiymətləndirən Prof. Dr. Aygün Attar, haqlı səbəblərlə başlayan aksiyaların xarici manipulyasiyalarla fərqli yönə yönləndirildiyini və İrana müdaxilə üçün fürsət gözləyən güclərin olduğunu söyləyib. Küçəyə çıxan izdihamların 3 fərqli meyldən meydana gəldiyinə diqqət çəkən Attar, bunları "mövcud qanunlar səbəbiylə iqtisadi çətinlik yaşayanlar", "ölkənin siyasi duruşunu tənqid edənlər" və "bu qarışıqlığı fürsətə çevirmək istəyən xarici dəstəkli mihraklar" şəklində ifadə edib.
"ABŞ və İsrail İranda 25 ildir daxili qarışıqlıq yaratmaq üçün fəaliyyət göstərir" deyən Attar, bu baxımdan Türkmən bölgələri üçün açıq demoqrafik dəyişiklik planının davam etdiyini xatırlatdı. Azərbaycan əsilli alim Attar, özünün də bir Təbriz gəlini olduğunu və bölgə ilə davamlı əlaqə halında olduğunu söyləyərək belə danışdı: "Urmiya, Xoy kimi Türkiyənin Doğubeyazıt sərhədində yerləşən Azəri bölgələrinə ABŞ və Avropa dəstəkli fonlarla kürd əhali məskunlaşdırılır. İran rəhbərliyi də ən başından etibarən bu layihəyə göz yumdu, çünki Tehran, güclü bir Güney Azərbaycan istəmir. "
"İran küçələrində başlayan gərginlikdən İraq və Suriya bənzəri bir coğrafiya çıxarma həvəsi güdənlər var. Xaosun dərinləşməsi ilə Suriya-PYD nümunəsi yenə də İranın şimalına təzyiq göstərə bilər. Bunun yanında İran Türkləri hər daim Türkiyə ilə birlikdə nəfəs alır. Nümayişlərin gedişini başa düşmək üçün Tehrana və Təbrizə baxmaq lazımdır. İranda 35 milyon türk əhalisi hadisələrin gedişində müəyyənedici bir faktordur. Cənubi Azərbaycanın hadisələrə verəcəyi reaksiya, Türkiyənin tutumuyla paralel şəkillənəcək".
Tarix: 3-01-2018, 22:25