2018-ci ildə ya müharibə olacaq, ya da dünyada yeni bir nizam yaranacaq — Sərdar Cəlaloğlundan açıqlama

2018-ci ildə ya müharibə olacaq, ya da dünyada yeni bir nizam yaranacaq — Sərdar Cəlaloğlundan açıqlama
2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir.
Siyasətdəki ötən ili və hazırda qədəm qoyduğumuz 2018-ci ildə baş verəcəkləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ölkə.Az-a şərh edib:


"2017-ci il həm Azərbaycanda, həm də dünyada inkişaf edən böhranın kuliminasiya nöqtəsi kimi yadda qaldı. Bütün sahələrdə böhran özünün yüksək inkişaf mərhələsinə çatdı".

2018-ci ilə gəldikdə isə Sərdar Cəlaloğlu bildirib ki, bu il ya dünya müharibəsi başlayacaq, ya da qlobal iqtisadi və siyasi böhranın aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılacaq:


"Fikrimcə 2018-ci il il dünyanın taleyinin həll ediləcəyi bir il olacaq. Azərbaycanın qonşularına baxaq, Rusiyada prezident seçkiləri ilidir, Türkiyədə də seçkilər var, İranda baş verən hadisələri də görürük, Azərbaycanda da prezident seçkiləri olacaq. Bizim yerləşdiyimiz geopolitikada seçkilərin özü aktivlik dərəcəsini qaldıracaq. ABŞ və İsrail bizim yerləşdiyimiz coğrafiyaya açıq şəkildə müdaxilə etmək üçün fürsət axtarır. Bu onu göstərir ki, bölgənin özündə siyasi fəallaşma olacaq. Təbii ki, xarici ölkələrin müdaxiləsi ilə baş verən dəyişikliklərin əleyhinəyəm. İstəmirəm ki, hansısa xarici güc gəlib Azərbaycanda baş verən proseslərə müdaxilə etsin. Azərbaycan xalqı dünyada baş vermiş proseslərdən istifadə edib öz taleyini öz əlinə ala bilər. Rusiyada, Türkiyədə, İranda baş verən hadisələr bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə təsir edəcək".
Qədəm qoyduğumuz ildə ADP sədrinin müxalifətdən gözləntilərinə gəldikdə isə, partiya sədri qeyd edib ki, müxalifətin bir araya gəlməsini arzulayır:

"Müxalifət bir araya gəlməlidir, vahid namizədlə seçkilərə getməli və xalqın əvvəlki illərdən fərqli olaraq müxalifətin arxasında durmasını istəyirəm. 2018-ci ildə Azərbaycanda baş verəcək hadisələri yalnız qlobal aləmdə baş verən proseslərdən çıxış edərək dəyərləndirə bilərik".

Səxavət Məmməd
Tarix: 5-01-2018, 23:37
Xəbəri paylaş





Xəbər lenti