Erməni konyakı və rus silahının zorən “dostluğu” – Putin layihəsinin canı Bakıdadır

Erməni konyakı və rus silahının zorən “dostluğu” – Putin layihəsinin canı Bakıdadır
Azərbaycanla Rusiyanın bundan artıq yaxınlaşması bu il də mümkün olmayacaq, əgər...; Rusiyanın nüfuzlu nəşri: “Sərkisyan iki stul”da oturmaqla...”

2018 -ci ilin Rusiya prezidenti Vladimir Putinin Avrasiya layihələri üçün də ciddi sınaq ili olacağı gözlənilir. O sırada Rusiyanın “kristallaşma mərkəzi” rolu oynadığı Avrasiya İqtisadi Birliyinin (AİB) taleyinə də aydınlıq gəlməlidir - hansı təşkilat ki, 2017-ci ildə ciddi daxili didişmə və çəkişmələrlə yadda qaldı. İki üzv dövlət - Qazaxıstan və Qırğızıstan arasında yaşanan, hələ də bitməyən gərginlik, Rusiya ilə Belarus arasında mal və xidmətlərin qiyməti ilə bağlı vaxtaşırı qeydə alınan söz dueli və nəhayət, Ermənistanın Avropa Birliyi (AB) ilə imzaladığı çərçivə sazişi buna bariz sübutdur.

Rusiyanın aparıcı nəşrlərindən olan Gazeta.ru-nun bu mövzuya həsr elədiyi material bəzi “i”lərin üzərinə nöqtə qoymaq və Azərbaycanın müharibə vəziyyətində olduğu işğalçı Ermənistanın mümkün manevrlərini proqnoz eləmək baxımından diqqət çəkir (AİB-ə 5 ölkə - Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir).

“Yeni Müsavat” məqalədən ən mühüm hissələri təqdim edir:

“AİB-i daxili ziddiyyətlər yeməkdədir. Əhalinin bu layihəyə etimadı ilbəil azalır, Rusiyanın öz müttəfiqlərinə münasibətdə siyasəti isə sonuncuların maraqlarını nəzərə almır. Nəticədə Qazaxıstan kirildən latın əlifbasına keçir, Belarus idxal üçün sərhədləri açır, Ermənistan AB ilə tərəfdaşlıq sazişi imzalayır. Ekspertlərə görə, problem ondadır ki, Birlik üzvləri arasında ortaq, birləşdirici dəyərlər yoxdur. Üzv ölkələrdən hər biri böyük Avrasiya ailəsində özünəməxsus şəkildə xoşbəxt deyil və qarşılıqlı ortaq mövcudluğu yaxşılaşdırmaqla bağlı özəl təsəvvürə malikdir” - məqalədə deyilir.

Erməni konyakı və rus silahının zorən “dostluğu” – Putin layihəsinin canı Bakıdadır

Materialda mövzu ilə bağlı Rusiyadakı Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkinin fikir və proqnozlarına yer ayrılıb: “AİB-nin təməlinin yuyulması artıq göz önündədir. Postsovet respublikalarındakı hazırkı hakimiyyət elitaları nə vaxtsa Sov.İKP MK-da bir yerdə işləyib, partiya qurultaylarına birgə gediblər. Onları ortaq keçmiş birləşdirir. Yeni elitalar isə tamam başqa adamlardır. Ancaq əsas problem hər halda ortaq dəyərlərin olmamasıdır. AB-dən fərqli olaraq AİB-i ümumi liberal dəyərlər birləşdirmir və o, ya hərbi faktor üzərində bərqərardır, ya da Rusiyanın iqtisadi durumuna bağlıdır. Rusiya pul vermək imkanında olduqca onun Avrasiya ideyaları sevilir”.

Erməni konyakı və rus silahının zorən “dostluğu” – Putin layihəsinin canı Bakıdadır

Məqalədə AİB ölkələri ilə heç bir quru sərhədi olmayan təcavüzkar Ermənistanla bağlı qeydlər də maraq doğurur. Müəllifə görə, hələ ki, Moskva üçün ən az başağrısını Ermənistan yaradır: “Daha doğrusu, lap yaxınlaradək - İrəvan AB ilə çərçivə sazişi imzalayanadək belə idi. Prezident Serj Sərkisyan ”iki stul"da oturmağa çalışır: eyni zamanda Moskva və Brüssellə dostluq edir. Hazırda Moskva və İrəvanın möhkəm əlaqələri Ermənistanın Qarabağa görə Azərbaycanla qarşıdurmada təhlükəsizlik qarantları üzərində qurulub. Avropa Birliyi isə Azərbaycanla Ermənistanın maraqlarını dinc şəkildə ayırmaq məsuliyyəti götürməyə hazır deyil. Çünki Ermənistan hələ ki, AB-nin üzvü deyil. Yəni Rusiya-Ermənistan müttəfiqliyi hər şeydən öncə hərbi ittifaqdır, iqtisadi yox. Hər necə olmasa, Avrasiya güzəştləri və gömrük əngəllərinin götürülməsi erməni konyakının və digər erməni məhsullarının qiymətini aşağı salmağa heç cür imkan vermədi. Həmin erməni konyakı gürcü konyakından heç də ucuz deyil, hərçənd, Gürcüstan AİB-in üzvü deyil və hətta AB ilə vizasız rejimə malikdir".

Erməni konyakı və rus silahının zorən “dostluğu” – Putin layihəsinin canı Bakıdadır

Diqqətçəkicidir ki, nəşr İrəvan-Moskva münasibətlərini obrazlı şəkildə “konyakla neft-qazın müttəfiqliyi” adlandırıb. Hərgah, “konyakla rus silahının zorən dostluğu” adlandırsaydı, daha məntiqli olardı...

*****

Yuxarıda gətirilən faktlardan bir daha qənaət hasil olur ki, AİB daha çox Rusiyanın geosiyasi maraqlarından doğan və real perspektivi olmayan birlikdir. Bu gün o, məhz varlı və güclü, dünya okeanına çıxışa malik bir dövlət olaraq Azərbaycanın üzvlüyü ilə xeyli dərəcədə “ikinci nəfəs” qazana bilərdi. Bu haqda növbəti dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov son Bakı səfəri zamanı söyləmişdi. Rusiya XİN başçısı Azərbaycanın AİB-ə üzvlüyündən ölkəsinin məmnun olacağını dilə gətirmişdi.

Lakin rəsmi Bakının şərti var və bu barədə dəfələrlə deyilib: Ermənistanla eyni iqtisadi birliyi bölüşmək üçün işğal altındakı ərazilər azad edilməlidir. Yalnız o halda Bakı çökməkdə olan Putin layihəsini xilas edə bilər. Yəni öncə Qarabağ! Hələ ki, Kreml bu ədalətli istəyə hazır görünmür. Daha dəqiqi, İrəvana təzyiq göstərmək əzmi göstərmir.

Demək, Azərbaycanla Rusiyanın yaxınlaşması bundan artıq mümkün olmayacaq. Lakin AİB Kreml başçısının ən mühüm layihələrindən biri hesab olunur. Bu qurumun taleyi ilə bağlı artmaqda olan qeyri-müəyyənlik 2018-ci ildə pik nöqtəsinə çata, Putin Azərbaycanla bağlı yeni imperativ qarşısında qala bilər. Hər necə olmasa, AİB-in canı indi xeyli dərəcədə Bakıdadır.

Siyasət şöbəsi,
“Yeni Müsavat”
Tarix: 6-01-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti