CA-IrNews, 08.01.2018
“Şimal-Cənub” nəqliyyat dəhlizi Qərbi çox mühüm kapitallardan məhrum edə bilər. ABŞ buna yol verməmək üçün İranda kütləvi iğtişaşlar törətməyə cəhd edib.
Politoloq Aleksandr Fomenkov bunu “CA-IrNews”-a açıqlamasında deyib.Üç dövlətin – Rusiya, Azərbaycan və İİR-in liderləri 2017-ci ilin axırında “Şimal-Cənub” əmtəə-nəqliyyat dəhlizini inşa etmək və işə salmaq razılığına gəlib. Bu cür dəhliz tədarükçü, alanlar və tranzitçilər üçün daha böyük mənfəətlə Hindistan, Pakistan, Çin və Asiya, Şərqi və Qərbi Avropanın bir çox başqa ölkələrini əlaqələndirəcək.
Ekspertin fikrincə, Hindistandan Avropaya artıq bir neçə əsr işlək olan indiki dəniz yolu və İran, Azərbaycan və RF-nin bərpasına can atdığı əvvəlki quru İpək Yolu Qərbin “boğazındakı sümük” kimidir.
Hindistandan Avropaya dəniz yolunda hansı kapitalların hərəkətləndiyini təsəvvür edə bilərsiniz? “Şimal-Cənub” layihəsinin gerçəkləşməsi Qərbin bir sıra ölkələrinə və indiki dəniz yoluna nəzarət edənlərə önəmli ziyan vura bilər.
P
olitoloq Aleksandr Fomenkov Fomenkov qeyd edib: “Bəli, Köhnə və Yeni Dünyanın ilk xanədanlarının maddi rifahı bir çox baxımdan bu kapitallara söykənir”.
Onun sözlərinə görə, bu tranzit magistralın dirçəldilməsi haqda ilk dəfə, təxminən, iyirmi il qabaq Azərbaycanın indi fəaliyyətdə olan prezidenti İlham Əliyevin atası və sələfi, mərhum Heydər Əliyev danışmağa başlayıb.
Rusiyalı analitik yuxarıda sözügedən səbəb üzündən hesab edir ki, bu “Xanədanlar”ın sakinləri İran, Rusiya və Azərbaycanın düşündüyü, Avropa xalqları üçün aşkarca əlverişli və bu gün Avropa-Asiya dəniz yollarına nəzarət edənlərin maddi gücünü sarsıdan nəqliyyat dəhlizinin inşaatını həyata keçirməyə mane olmaq üçün bütün resurslarını işə salarlar.
Amma qanunauyğun bir sual meydana çıxır: bəzi ekspertlərin fikrincə, bu quru yolunun dəyəri dəniz yolundan 30% bahadırsa, o əlverişlidirmi? Fomenkov hesab edir ki, dəmiryol nəqliyyat dəhlizinin dəyəri baha başa gələrsə, onda iki dəfə və yaxud hətta üç dəfə azalan vaxta qənaət nəzərə alınmaqla əmtəə tədarükü bu 30% xərcin əvəzini ödəyir. Çünki dəmiryolu Asiya və Avropanı birbaşa birləşdirəcək.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putin 2017-ci il noyabrın 1-də Tehrana baş tutmuş səfəri zamanı İİR-in Ali ruhani lideri, ayətullah Əli Xamenei ilə görüşüb. İslam Respublikasının Ali rəhbəri bu görüşün gedişində bildirib ki, İran və Rusiya Federasiyasının birgə, sıx əməkdaşlığı beynəlxalq arenada ABŞ-ı təcrid edə bilər.
"Şimal-Cənub" nəqliyyat dəhlizinin xəritəsi (qara rəng dəniz yolunu bildirir) Fomenkovun fikrincə, İran Ali liderinin bu bəyanatı məhz buna eyham idi ki, “Şimal-Cənub” layihəsi yuxarıda səsləndirilən təcridə səbəb ola bilər. Qərb üçün hərəkətə keçməyə siqnal məhz bu olub. İİR-də dekabrın axırında baş verən hadisələr bunun təsdiqidir.
Ekspert yekun vurur: “Qərbin pul kisələrinin niyyətinin ciddiliyini özündə ilk hiss edən İran oldu. Növbə Rusiya və Azərbaycanındır. Bu il həm orada, həm də burada prezident seçkiləri baş tutacaq. Lakin mən zərrəcə şübhə etmirəm ki, Qərbin Moskva və Bakını laxlatmaqda boşuna cəhdləri hədər çıxacaq, lakin Sem dayı və ortaqları qanımızı kifayət qədər içəcəklər”.
Materialı Əziz Pirimkulov hazırlayıb.
Tərcümə Strateq.az-ındır.
Tarix: 9-01-2018, 15:05