“Ağ ev” seçki ilinin ilk ayında Bakıya həmləli ismarıc ünvanladı. Xarici İşlər Nazirliyimiz isə ABŞ Dövlət Departamentinin çağırışına təəssüflə cavab verdi.
Anaxeber.Az xatırladır ki, söhbət Azərbaycanın təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilməsindən gedir.
ABŞ Dövlət Departamenti amerikalı turistlərə xəbərdarlıq edir ki, Azərbaycan terror təhlükəsi olan ölkədir.
Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin”, - ABŞ Dövlət Departamentinin tövsiyəsində deyilir.Azərbaycan üçün şok addım atan Amerikanın bu qərarının hansı ssenariyə hesablandığını təyin etmək çətindir.
Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü bir vaxtda sarsıdıcı zərbə oldu.
Azərbaycan I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə ev sahibliyi edib.
O cümlədən ölkəmiz ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür.
Üstəlik, Azərbaycan İŞİD-ə qarşı koalisiyaya açıq dəstək verib və xüsusi xidmət orqanları həyata keçirdiyi əməliyyatlarda onlarla terrorçu zərərsizləşdiriblər.
Son illərdə Azərbaycanda terror hadisəsi də olmayıb. 2009-cu ildə ADNA-ya silahlı basqın edərək 13 nəfəri öldürən Fərda Qədirovun cinayətini istisna etsək, Paris, Brüssel, İstanbul, London, ABŞ-ın müxtəlif şəhərlərində terrorlar olmasına baxmayaraq, Bakı terrorçuların istəklərini icra etməyə imkan verməyib.
Belə görünür ki, ABŞ Azərbaycanı riskli ölkələr siyahısına əlavə etməklə İran amilinə diqqət çəkməyə çalışıb.
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır.
Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır.
Maraqlıdır ki, məhz bu arada ABŞ-dan Gürcüstana xüsusi qrupun gələcəyi xəbəri yayılıb. Qrup ölkədəki təhlükəsizliyin vəziyyətini və onu gücləndirmək imkanlarını öyrənəcək.
Bildirilir ki, ölkənin əsas problemi hazırda sərhəd məsələsi və daxildəki bəzi təhsil müəssisələrində gənclərin beyinlərinin “yuyulması” ilə bağlıdır.
Anaxeber.Az yazır ki, Gürcüstanda soydaşlarımızın məskunlaşdığı ərazilərə yaxın yerlərdə - əhalisi Rusiyaya bağlı olan, Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyi Cavaxetiyada kök salmaqda olan erməni terrorçu təçkilatı ASALA kpk salmaqdadır.
ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirmədən öncə Gürcüstan dövlət rəsmiləri, Türkiyə və Azərbaycanın xarici işlər nazirlikləri buna müdaxilə etməlidirlər.
ASALA Gürcüstanın Cavaxetiya bölgəsində Virk-Yerkir adıyla yenidən qurulub”. Jurnalistlərə açıqlamasında bu sözləri Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib.
Onun sözlərinə görə, Virk-Yergirin keçmiş rəhbəri Vaaqn Çaxalyan 2008-ci ildə silahlı təşkilat qurmaq və silah alveri etmək şübhəsi ilə həbs edilib.
Beləliklə, Azərbaycanın terror riski olan ölkələr siyahısına salınması, qonşu Gürcüstanda erməni təşkilatının fəallaşması, eyni ərəfədə ABŞ-dan Gürcüstana xüsusi qrupun gələcəyi təsadüfi deyil.
Bu hadisələrin seçkilərlə əlaqəsi olmaya bilər və regionda Rusiya ilə savaşan ABŞ-ın növbəti siqnalı kimi qiymətləndirmək mümkündür.
Digər amil isə İran ola bilər. Analitiklərin fikrincə, Amerika İran projesini işə salıb və Azərbaycanın qapısında kataklizmlərə işarə vurub.
Rusiyalı ekspert Aleksandr Fomenkov “CA-IrNews”a açıqlamasında bildirib ki, ABŞ İrandakı iğtişaşlardan sonra Rusiya və Azərbaycanda iğtişaşlar törədəcək.
Fomenkov fikrini belə əsaslandırıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Qərbi çox mühüm kapitallardan məhrum edə bilər. ABŞ buna yol verməmək üçün İranda kütləvi iğtişaşlar törətməyə cəhd edib.
Fomenkov hesab edir ki, Qərbin pul kisələrinin niyyətinin ciddiliyini özündə ilk hiss edən İran oldu. Növbə Rusiya və Azərbaycanındır.
Politoloq Sülhəddin Əkbər hesab edir ki, Amerikanın və yaxın müttəfiqlərinin regionla bağlı planları var. Üstəlik, bu planlar yeni deyil, əksinə, onun yüz illik tarixi var.
Son günlər İranın daxildən qarışdırılması da bu plan daxilində baş verir. Artıq ABŞ və İsrail mediası açıq yazır ki, may ayında Vaşinqton və Təl-Əviv İrana qarşı birgə hərəkət etməyi razılaşdırıb.
Bildiyiniz kimi, mayın 21-də Donald Trampın Ər-Riyad səfəri oldu və orada anti- İran koalisiyası yaradıldı.
Bu, açıq şəkildə bəyan olundu. Bundan başqa, Maykl Dandrea ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran bölümünə rəhbər təyin edildi.
Nəhayət, 12 dekabrda Vaşinqtonda ABŞ və İsrailin milli təhlükəsizlik şuralarının birgə görüşü keçirildi. Burada İrana qarşı birgə hərəkat haqda qərar qəbul edildi və birgə işçi qrupu yaradıldı.
Anaxeber.Az
Tarix: 12-01-2018, 09:20