İrana qarşı sanksiyalar genişləndirildi - ABŞ-dan qərar
ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib. Sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. "Qara siyahıya” salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.
Tarix: 13-01-2018, 14:23