Hökumətdə islahatlar davam edəcək; yaxın həftələrdə yeni təhsil naziri və icra başçılarının təyinatı da gözlənilir
Azərbaycanın Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) vahid qurumda birləşdiriləcəyi haqqında xəbərlərin instensivləşməsi, ölkədə böyük struktur və kadr dəyişikliyini yenidən gündəmə gətirib.
Belə bir ərəfədə Prezident İlham Əliyevin dünən verdiyi yeni fərman bu istiqamətdəki proqnozların doğrulacağına ümidləri artırıb.
Prezident İlham Əliyevin yanvarın ayın 12-də imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilib.
Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.
Bundan başqa, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyinə verilib.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib.
Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Göründüyü kimi, Prezidentin ötən ilin fevral ayında Nəqiyyat Nazirliyinin ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra yuxarıda qeyd edilən dünənki fərman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Ramin Quluzadəni super nazirliyin rəhbəri, eyni zamanda, ölkədə çox ciddi bir statusa sahibləndirib:
Mikayıl Cabbarov Əli Abbasovun korrupsiya şəbəkəsində yer alan vəzifəli şəxsləri uzaqlaşdıra biləcəkmi?
"Xatırladaq ki, ötən ilin fevral ayında qeyd edilən nazirliyin yaradılmasının bir ili tamam olacaq. Ancaq prezident həmin vaxt həmin nazirliyin əsasnaməsinin tam təsdiqənməsi üçün hökumətə 6 ay vaxt versə də, göründüyü kimi, bu, 1 ilə yaxın gecikdir.
Görünür, gecikmə dünənki fərmanla bağlı imiş. Prezident yeni fərmanı ilə Ramin Quluzadənin rəhbərlik etdiiyi nazirliyi super quruma çevriməklə, onun komanda daxilində 2-3 ciddi səlahiyyət sahiblərindən biri olmasına yol açdı. İndi gözlər təkcə bu nazirliyə birləşdirilən qurumların rəhbərlərinin vəzifədə saxlanılıb-saxlanılmayacağında deyil, həm də sabiq nazir Əli Abbasovun korrupsiya şəbəkəsində rol alanlara yenidən şans verilib-verilməyəcəyindədir.
Unutmayaq ki, onların bəziləri yenə də o qurumda rəhbər vəzifədədir. Ramin Quluzadə isə nazir təyinatından bu günədək onlarla yolları ayıra bilməyib. Bu isə onu göstərir ki, o, ya bu problemin həllində çətinlik çəkir, ya təcrübə çatmır, ya da daxildən ciddi müqavimət var”.
Gömrüklə verginin birləşməsinə təkan verəcək proseslər...
Məlumatlı şəxs dünənki fərmanı əsas tutaraq, qeyd edir ki, bu fərman hökumətə daxil olan bir çox nazirlik və komitə üçün siqnalıdır:
"Düşünürəm ki, əgər Mikayıl Cabbarov da Ramin Quluzadə kimi etimad qazana bilərsə, onun rəhbərlik etdiyi Vergilər Nazirliyi də super nazirliyə çevrilə bilər. Lakin açıq demək lazımdır ki, yaxın aylarda gömrüklə verginin birləşdiriləcəyinə inandırıcı deyil. Böyük ehtimalla bu proses mərhələlərə həyata keçiriləcək və bir ildən çox davam edəcək”.
Bunun səbəblərinə gəlincə, mənbəmiz qeyd edib ki, səbəblərdən biri Mikayıl Cabbarovun vergilər naziri postunda özünü necə doğruldacağıdırsa, digəri isə birləşdirmə zamanı yeni problemlərin yaranma ehtimalıdır: "Ancaq mümkündür ki, hökumətdəki bəzi qurumların daha tez birləşdirilməsi gerçəkləşsin. Məsələn, bir neçə iqtisadi yönümlü agentlik və komitənin ləğv edilərək İqtisadiyyat Nazirliyinə, o cümlədən su və kənd təsərrüfatı ilə bağlı sahələrin bir bayraq altında birləşdirilməsi daha tez həyata keçirilə bilər".
Ceyhun Bayramov özünü nazir kimi aparır
Məlumatlı şəxs ehtimal edir ki, qarşıdakı həftələrdə yeni təhsil nazirinin təyinatı gerçəkləşə bilər:
"Düşünürəm ki, Mikayıl Cabbarovun vergilər naziri postuna göndərilməsindən sonra boşalan təhsil naziri vəzifəsinə yaxın həftələrdə təyinat olacaq. Bu posta hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramov da təyin edilə bilər. Bildiyimə görə, Mikayıl Cabbarov həm gənclik dostu, həm də həmyerlisinin xələfi olması üçün ən yüksək səviyyələrdə iş aparır və müsbət razılıq alıb. Son günlər Ceyhun Bayramovun nazirlikdəki davranışları da göstərir ki, o, artıq özünü təhsil naziri postunda görür".
Yasamala yeni başçı təyin olunacaq
Təhsil naziri vəzifəsi ilə yanaşı, ötən ildən boş qalan Yasamalın icra başçısı vəzifəsinə də yaxın vaxtlarda təyinat olacağı bildirilir: "Hesab edirəm, fevralın sonundək Yasamalın yeni icra başçısını da görəcəyik. Buna paralel olaraq, böyük ehtimalla Bakıya daxil olan 3 rayonun icra başçısı da vəzifədən xaric olunacaqlar ".
Sonda mənbə əminliklə bildirib ki, struktur islahatlarından genişlənəcəyindən daha çox bir neçə nazir və xeyli icra başçısının vəzifədən kənarlaşdırılacağı daha realdır.(Palitika.Az )
Tarix: 13-01-2018, 21:55