Seçki ili struktur islahatları ilə başladı; Bu da bəzi məmurların vəzifələrini itirməsi ilə müşayiət olunur...
FİA.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi yaradılması son deyil.
Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyasının ləğvi kifayət qədər ciddi hadisədir.
Onların yerinə yaradılan agentliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərəcəklər.
Ölkə başçısı nöqsanlar olan yerlərdə ciddi struktur dəyişiklişləri həyata keçirir. O baxımdan seçki ilində daha bir neçə məmur və nazir vəzifəsi ilə vidalaşa bilər.
Əldə etdiyimiz xəbərlərə görə, seçki ilində postu tükdən asılı qalan komitələr arasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynovadır.
Nazirliklərə gəlincə, Təhsil Nazirliyi postu boş qalmaqdadır. Maliyyə naziri Samir Şərifov üçün sınaq müddətidir. Kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı qeyri-müəyyənlikdir.
Baş nazir Artur Rasi-zadə üçün bu il son vəzifə ili ola bilər. Habelə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov da hər an postundan kənarlaşdırıla bilər.
Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilə bilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi birləşə bilər.
FİA.Az xəbər verir ki, ardınca bir-bir hansı regionlarda yaşlı icra başçıları varsa postunu tərk edəcək.
kadr islahatları nəticəsində ölkəni irəli apara bilən, investor cəlb etməyi bacaran, müasir texnologiyadan daha çox bilikləri olan, islahatçı kadrların vəzifələrə yerləşdirilməsi hədəflənib.
Prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir. Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb.
Daha sonra sayt əlavə edir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.
Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.
İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.
Tarix: 16-01-2018, 23:07