Sadıxov: “Terror təşkilatları böyük dövlətlərə zərbələr endirəcək”
Politoloq Fikrət Sadıxov deyir ki, hazırda Suriya böyük dövlətlər üçün qarşıdurma meydanına çevrilib
Fikrət Sadıxov: “Suriya böhranının yeni mərhələsi başlaya bilər”Amerika Birləşmiş Ştatları (ABŞ) İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
Politoloq Fikrət Sadıxov Sputnik Azəbaycan-a deyir ki, Suriyada terror qruplarının tamamilə məhv edildiyinə inanmır:
“Bu terror təşkilatları böyük dövlətlərə zərbələr endirəcək. Hazırda Suriya böyük dövlətlər üçün qarşıdurma meydanına çevrilib. ABŞ da burada təsir dairəsini qorumaq üçün kürd silahlı dəstələrinə arxalanacaq”.
Tarix: 19-01-2018, 11:38