İcra başçısı müavinini işdən çıxardı
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müavini Sərviz Süleymanovu vəzifəsindən azad edib.
Siam.az xəbər verir ki, icra hakimiyyətindən unikal.org-a bildirilib ki, Sərviz Süleymanov öz ərizəsi ilə işdən azad olunub.
Belə ki, işindən azad olunması üçün S.Süleymanov icra başçısına ərizə ilə müraciət edib. İ.Gülməmmədova da onu vəzifəsindən azad edib.
Tarix: 22-01-2018, 10:04