"Azərsu" ASC-də gözlənilməz dəyişiklik - Vitse-prezident istefa verdi

"Azərsu" ASC-də gözlənilməz dəyişiklik - Vitse-prezident istefa verdi
"Azərsu" ASC-də gözlənilməz dəyişiklik baş verib.

Bu barədə Mia.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, ASC-nin vitse-prezidenti Mahir Məmmədov vəzifəsindən azad edilib.

O, ötən həftənin 5-ci günü istefa ərizəsini sədr Qorxmaz Hüseynova təqdim edib və bundan sonra işdən ayrılıb.

Mahir Məmmədovun adı və fotosu artıq qurumun rəsmi saytından da götürülüb.

Onu da qeyd edək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə keçirilmişdi.
Tarix: 23-01-2018, 16:27
Xəbəri paylaş





Xəbər lenti