“Ya qardaşım İlham Əliyev, ya da mən prezident olacağam” – Hafiz Hacıyev

“Ya qardaşım İlham Əliyev, ya da mən prezident olacağam” – Hafiz Hacıyev
“Namizədliyimi irəli sürmüşəm. Artıq seçkilərə hazırlıqla bağlı start götürmüşük”.

Bu sözləri Minval.info-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Hafiz Hacıyev bildirib ki, rayon təşkilatları ilə görüşlər keçirirlər, seçkilərlə bağlı işlər gedir: “Müəyyən nöqsanlara baxmayaraq, demokratik cəmiyyətdə yaşayırıq. Kimsə bizə gətirib nimçədə prezidentlik verməyəcək. Biz gərək mübarizə aparaq, xalqımızı inandıraq. Mənim qardaşım prezident İlham Əliyev də namizədliyini irəli sürüb. Hər halda iki qardaşdan biri seçiləcək, bu, reallıqdır”.

Siyasətçi deyib ki, ölkədə pozucu qüvvələrin hakimiyyətə gəlməsinə imkan verməyəcək: “Milliyəti bəlli olmayanlar namizədliyini irəli sürmək istəyir. PKK ilə əlaqəsi olan, bu təşkilatı təmsil edənlərdən söhbət gedir. Konstitusiyada göstərilib ki, prezidentliyə namizəd Azərbaycan vətəndaşı olmalıdır,”.

H.Hacıyev sosial şəbəkələrdə səsvermə keçirən səhifələr barədə danışarkən deyib ki, bunu ciddi qəbul etmir:

“Müəyyən insanlar o qədər saxta profillər yaradıblar. Nəyin nə olduğunu bilirik. Bir sayt var idi, orada da belə səsvermə keçirilirdi. Birinci yeri götürüb mənə veriblər. Bilirsiniz, bu, reallıqdan kənardır. Hər halda Azərbaycan xalqı öz sözünü deyəcək”.

Partiya sədri bildirib ki, hakimiyyətə kim gələcəksə Dağlıq Qarabağ məsələsi birinci yerdə olmalıdır və iqtisadiyyatı gücləndirməlidir.

Minval.info
Tarix: 24-01-2018, 07:53
Xəbəri paylaş





Xəbər lenti