Təhsil nazirinin müavini Ceyhun Bayramov özünü nazir kimi aparır. FİA.Az-a nazirlikdən daxil olan xəbərdə bildirilir ki, nazir vəzifələrini müvəqqəti icra edən C.Bayramov boş dayanmır
Onun nazir təyin olunması üşün yuxarı eşelonda əlaqələrini işə saldığı və maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovun da dəridən-qabıqdan çıxdığı iddia edilir.
Məlumatda deyilir ki, Mətin Eynullayevin Vergilər Nazirliyində müavin vəzifəsinə getməsindən sonra Ceyhun Bayramovun əl-ayağı daha da açılıb.
Hazırda nazirlik C.Bayramovla digər müavin Firudin Qurbanov tərəfindən idarə olunur. Amma əsas nəzarət Bayramovdadır.
Nazirliyin mərkəzi aparat rəhbəri vəzifəsi və digər şöbələr də boş qalmaqdadır. Amma gələn xəbərlərdə o da deyilir ki, hazırda vergilər naziri olan Mikayıl Cabbarovun kölgəsi Təhsil Nazirliyi üzərində var.
Belə ki, onun təlimatları əsasında hərəkət edən C.Bayramov yerini bərkitməyə çalışır. M.Cabbarov da maraqlıdır ki, müavini nazir təyin olunsun və iki nazirliyə nəzarət etsinlər.
Bu plan əsasında hərəkət edən Cabbarov-Bayramov cütlüyünün şansları var. Paralel yayılan informasiyalarda C.Bayramovun təhsil nazirinin müavini vəzifəsindən çıxarılıb vergidə eyni posta təyin olunacağı haqda sərəncam olacağı da bildirilir.
Onun vergi sahəsində təcrübəsi var. Nazir müavini 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. M.Cabbarovla C.Bayramovun yaxınlığı “Çto, qde, koqda” yarışmasından yaranıb.
Amma Bayramovun yüksəlişi qardaşı Azər Bayramovun hesabına olub. Maliyyə nazirinin müavini vəzifəsində çalışan A.Bayramov C.Bayramovun karyerasında tramplin olub.
Mətbuatda “Gədəbəy klanı” adı ilə tanınan bu qruplaşma son illərdə karyera yüksəlişi dövrünü yaşamaqdadırlar.
Azər və Ceyhun Bayramovların Maliyyə və Təhsil Nazirliklərini istədikləri kimi idarə etmələri bu sahəyə aidiyyəti və marağı olan hər kəsə məlumdur.
Onu da nəzərinizə çatdıraq ki, Ceyhun Bayramov qardaşının dəstəyi ilə Təhsil Nazirliyinə aid az qala bütün tenderlərə nəzarəti həyata keçirir.
Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur.
Yəni ayrılan dövlət vəsaitlərinin bir hissəsi başqa istiqamətlərə yönəldilir. Yalnız onu demək yetərlidir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin bir qismi Azər və Ceyhun Bayramovların maraqlarına xidmət edir.
Yerdə qalan vəsaitlər isə təhsil şöbələrinin müdirlərinin ixtiyarına verilir. Təxminən, eyni vəziyyət bəzi ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir.
Tarix: 31-01-2018, 23:51