Yasamal rayonuna icra başçısı təyin olundu
İlham Əliyevin digər sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Prezident İlham Əliyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
İlham Əliyevin digər sərəncamı ilə Ə.Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Tarix: 2-02-2018, 16:46