Kərəm Həsənov Yasamalı ələ keçirdi- ƏZİZ ƏZİZOV BAKIYA GƏTİRİLDİ


Prezident İlham Əliyev Yasamala yeni icra başçısı təyin edib.
Gununsesi.info xəbər verir ki, sərəncamda qeyd olunur:

“Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin”.
Xatırladaq ki, Cəlilabadın sabiq icra başçısı Əziz Əzizov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun yaxın adamıdır.
Qeyd edək ki, Əziz İmran oğlu Əzizov bundan əvvəl Cəlilabadın icra başçısı olub.
Əziz Əliyev 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Keçmiş Neft və Kimya İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb.

1985-1986-cı illərdə Bakı Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə vaqon bölməsində usta, 1987-1989-cu illərdə yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə istismar idarəsinin rəisi vəzifəsini ica edib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub.

Azərbaycan Prezidentinin 8 avqust 2006-cı il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 fevral 2018-ci il tarixinədək bu vəzifədə çalışıb.

YAP-ın üzvüdür.

Ailəlidir, 3 övladı var.
Tarix: 2-02-2018, 22:35
Xəbəri paylaş





Xəbər lenti