“Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

“Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn
AXP sədri Pənah Hüseyn aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı fikirlərini musavat.com-a bildirib.

Onun sözlərinə görə, növbədənkənar seçkinin təyin edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iqtidar daxilində və ictimai-siyasi vəziyyətdə durum heç də iqtidar təbliğatçılarının dediyi kimi aydın deyil. Əks təqdirdə növbəti seçkiyə bir neçə ay qalmış növbədənkənar seçkinin təyin olunmasını başqa cür izah eləmək mümkün deyil.

Pənah Hüseyn vurğuladı ki, müxalifətin növbədənkənar seçkidə iştirak etməsi və buna hazırlıq məsələsi barədə isə onu demək olar ki, onsuz da qeyri-bərabər vəziyyətdir, seçki situasiyası yoxdur. Ona görə də 7 ay sonra və yaxud 2 ay sonraya təyin olunması müxalifətin hazırlığı baxımından həlledici əhəmiyyətə malik deyil: “Müxalifət qarşıdakı 7 ay yarım ərzində nə edə biləcəkdisə, onu qarşıdakı iki ay ərzində edə bilər. Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır və iqtidar tərəfindən buna hansı izahatın veriləcəyidir. Baxmayaraq ki, bir neçə gün öncə YAP-ın vəzifəli şəxsləri birmənalı şəkildə YAP-ın namizədinin İlham Əliyev olacağını qeyd ediblər, amma digər iqtidar namizədinin də olacağı istisna deyil. Yəqin ki, yaxınlarda buna da aydınlıq gələcək”.
Tarix: 5-02-2018, 14:53
Xəbəri paylaş





Xəbər lenti