İsa Qəmbər: "Hakimiyyət hesablayıb ki..."

İsa Qəmbər: "Hakimiyyət hesablayıb ki..."
"Görünür, hakimiyət vəziyyətin ağır olduğunu bizdən daha yaxşı bilir. Hakimiyyət hesablayıb ki, oktyabr ayında onların vəziyyəti indikindən daha ağır olacaq”.

Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər "AzadlıqRadiosu”nun sualına cavab olaraq, İlham Əliyevin növbədənkənar prezident seçkiləri haqqında sərəncamını şərh edərkən deyib.

İsa Qəmbər qeyd edib ki, böhranın ağırlaşması davam edir və bu böhran nəticəsində cəmiyyətin narazılığı oktyabr ayında pik həddinə çata bilər.

İsa Qəmbər bildirib ki, hakimiyyət eyni zamanda Rusiyada Putin rejiminin sanksiyalarla əlaqədar zəifləyəcəyini, Azərbaycan saxta rejimə dəstək imkanlarının azalacaağını nəzərə alaraq prezident seçkilərinin tezləşdirilməsində maraqlıdır.
Tarix: 6-02-2018, 16:48
Xəbəri paylaş





Xəbər lenti