"Cəmiyyət yaşı 70-i haqlamış keçmiş kommunist məmurların gənc kadrlarla əvəz olunmasını istəyir"

"Cəmiyyət yaşı 70-i haqlamış keçmiş kommunist məmurların gənc kadrlarla əvəz olunmasını istəyir"
Hakim Yeni Azərbaycan Partiyasının qurultayı İlham Əliyevin prezidentliyə namizədliyini təsdiqlədi. Növbədənkənar seçki qərarı növbədənkənar qurultayın keçirilməsini tələb edirdi. O da oldu.
Fikrimcə, siyasi sabitliyin davamı cəmiyyətin əksər hissəsinin sifarişidir. Ancaq bu gün dəvət olunduğum APA TV-də də söylədiyim kimi cəmiyyətin həmin əksər hissəsi iqtisadi və sosial, o cümlədən məhkəmə islahatlarının dərinləşdirilməsini, yeni iş yerlərinin açılmasını, ailəni dolandıra biləcək qədər maaşların varlığını, inhisarçı-oliqarxik sistemin ortadan qaldırılmasını və nəhayət yaşı 70-i haqlamış keçmiş kommunist məmurların gənc kadrlarla əvəz olunmasını istəyir.

Azərbaycana bu cür Nazirlər Kabineti nəyə lazımdır? Hazırki baş nazirə nə ehtiyac var? Onsuz da nazirlər prezidentə tabedirlər. Üstəgəl siyasi və ya mübahisəli məhbus adlandırılan şəxslərin azad olunması da həm cəmiyyətimizi rahatladar, həm də işğalçı Ermənistanla yanaşı erməni lobbisi ilə mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycanı gərəksiz təzyiqlərdən qurtarardı.

Elxan Şahinoğlu, politoloq
Tarix: 8-02-2018, 23:42
Xəbəri paylaş





Xəbər lenti