Ümid Partiyası seçkilərdə iştirak etməyəcək


Fevral ayının 10-da Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Partiyadan Lent.az-a daxil olan məlumata görə, sessiyada 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olunub. Partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə edib.

İqbal Ağazadə partiyanın prezident seçkilərində namizədiylə iştirakının partiyanın Nizamnaməsinə uyğun olaraq, Qurultayın səlahiyyətində olduğunu vurğulayıb və partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq, hüquqi baxımdan növbədənkənar Qurultayın keçilməsinin zaman etibarı ilə qeyri-mümkün olduğunu bildirib.

Məruzə və çıxışlarda Ümid Partiyasının aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi təklifi səsləndirilib.

Ali Məclis Ümid Partiyasının prezident seçkilərində iştirak etməməsi haqqında qərar qəbul edib: "Seçkiyə qatılanların da, qatılmayanların da özlərinin arqumentləri var. Hər kəs öz arqumentlərində haqlıdır. Biz seçkilərdə iştirak etməsək də, hər kəsin fikirlərinə, qərarlarına hörmətlə yanaşırıq. Üzvlərimiz isə fikirlərində sərbəsdir. Seçkidə iştirak edib-etməyəcəklərinə, kimə səs verib-verməyəcəklərinə özləri qərar verə bilər".
Tarix: 10-02-2018, 16:12
Xəbəri paylaş





Xəbər lenti