Müsavat və Ümiddən sonra: Partiyaların seçki qərarı yubanır
Növbədənkənar prezident seçkiləri təyin olunmadan əvvəl seçkilərdə iştirakla bağlı qərar vermiş partiyalar yenidən müzakirələrə başlayıb. Bu gün artıq Ümid və Müsavat Partiyası seçkidə iştirak etməməklə bağlı yekun qərarını açıqlayıb.
Xatırladaq ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) də seçkiyə sədr Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. KXCP sədrinin müavini Xəzər Teyyublu Cebhe.info-ya açıqlamasında müzakirələrin bitmədiyini deyib: “Müzakirələr hələ də davam edir. Bir çox siyasi partiya bu müzakirələrdə iştirak edir. Yəqin ki, yaxın günlərdə yekun qərar veriləcək”.
Qeyd edək ki, KXCP-nin müzakirələrində Ümid, Müsavat, KXCP, ADP, Xalq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Liberal Demokrat və Aydınlar Partiyası iştirak edir. Artıq toplantıda iştirak edən Vətəndaş və İnkişaf, Ümid və Müsavat partiyaları yekun qərarını verib.
Vətəndaş və İnkişaf Partiyası seçkidə iştirakla bağlı qərar qəbul etsə də, Ümid və Müsavat Partiyası seçkidə iştirak etməmək qərarı alıb.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 10-02-2018, 23:08