"25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub" - İTTİHAM...

"25 ildir AXCP-Musavat birliyi şüarı ilə Azərbaycan siyasi şüurunu təhdid edilir" "25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub" - İTTİHAM...
“Müxalif kəsim ciddi uğur əldə edib, əsas partiyalar bir mövqedədirlər, yenidən AXCP-Musavat birliyi yaradıb, yenidən bağ belə, bostan belə, qaçma gəldim...”

İlahi, adamlara adi şeyləri başa düşməyə 25 il bəs eləmirsə... Bu danışanlar “AXCP-Musavat” birliyi “yaratmaq işi ilə məşğul olanların necənci nəslidir. "Bəxtiyar" filmində Hüseynova bacılarının “gəl oynayaq” fraqmentini 25 ildir təkrarlayırlar. Bu adamlar 25 ildir başa düşmürlər (bəlkə də başa düşürlər) ki, milli güc 25 ildir bir-biri ilə intriqada olan iki partiyanın ətrafında formalaşa bilməz. Milli-birlik, hərəkat, millətin dəstəyi milli ideyalar ətrafında formalaşa bilər. 25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub. 25 ildir AXCP-Musavat birliyi şüarı ilə Azərbaycan siyasi şüurunu təhdid edilir. Bu iki pariya öz əlimizlə verdiyimiz hakimiyyətin tərəsində, Demkonqresdə, SİDSUH-da, Azadlıq blokunda, 2010-cu il parlament seckilərində, bütün fondlarrın, səfirliklərin qapılarında bir yerdə olublar. Nə nəticəsi olub. Millət üçün, müxalifət üçün müsbət heç nə. Hakimiyyət üçün hər şey, miilləti saymayacaq dərəcədə güclənmiş avtoritar hakimiyyət, milyardlar, eyş-işrət, hər birinin neçə ölkədə saysız karal sarayları, nələr-nələr. Milli azadlıq hərəkatına ömrünü vermiş qardaş-bacılarımız ya ölkədə ya da qürbətlərdə məhv olub, olur...

AXCP-Musavat-ın bu “nəticələri” əldə etmiş siyasilərini qorumaq lazımdır. Bu liderlər olmasa idi vəziyyət başqa cürdə ola biərdi. Yoxsa müxalifət nəynən məşğul olacaq, nəyə baxacaq, bunların münasibətləri, ziddiyyətləri, Meksika seriallarından da uzun çəkdi. Bu tamamilə idarə olunan bir prosesdir. Bu prosesin davam etməsi üçün ötən 25 ildə milyonlarla pul xərclənib...

Ölkədə bütün oğruluq, əyrilik, yalan, haram nə varsa hamısına hakimiyyət cavabdehdir. Bəs müxalifətin, milli-demokratik düşərgənin bu günə düşməsinin, bu parçalanmanın cavabdehi kimdir? Mən bu dediklərimi bu liderlərə illər uzunu tək-təkə, birliklərdə demişəm, heç vaxt müzakirəsində maraqlı olmayıblar və olmayacaqlar. Nə isə, ciddi bir fikir deyə biləcəklərinə indi də inanmıram. Dərinə getmək istəmirəm...

Bu gün heç bir partiyanın, partiyaların millətsiz bu hakimiyyəti dəyişmək imkanı yoxdur. Dəfələrlə açıq, qapalı müzakirələr təklif etmişik, gəlməyiblər, ya “ işləri olub”, ya bular əsas müxalifət, ana müxalifət olub, ya da bizi müxalifət saymayıblar (...), ancaq Avropadan bir ..... çağran kimi əlavə motor da qoşurlar.

Burası burda saxlansa yaxşıdı...
Seşkidə birləşib iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat və birdə 7 il getdi bu reyim. Sizin Avropadakı demokratiya dayılarınız guya burdakı vəziyyəti bilmir? Bilir və haqlarını da alırlar. Burdakı vəziyyət onların heç .....

Seckidə iştirakla əhalinin maddi, sosial tələbləri ilə, demokratiya, normal cəmiyyət üçün, korrupsiya və rüşvət əleyhinə ölkə boyu ciddi aksiyalar keçirilə , aktivləşmə, konkret və sonrakı dönəm üçün ciddi, milli maraqlar uğrunda döyüşən bir komanda ortaya qoymaq olardı...

Milli qüvvələr, heç kimə fərq qoymadan bir araya gəlib müzakirə aparıb, bundan sonra nə etmək lazım olduğu haqda razılaşmaq olar. Mənim hansısa Nəsrullahların ölü diriltməsinə inanan vaxtım çoxdan keçib.

Əhməd Oruc, Azadlıq Partiyasının sədri
Tarix: 10-02-2018, 23:21
Xəbəri paylaş





Xəbər lenti