“Heç bir bazarlıq etməyəcəyik, ABŞ-ın ağlını başına yığması lazımdır” - Baş nazirdən xəbərdarlıq

“Heç bir bazarlıq etməyəcəyik, ABŞ-ın ağlını başına yığması lazımdır” - Baş nazirdən xəbərdarlıq
"ABŞ-ın ağlını başına yığması lazımdır”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən "Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.

"Heç bir bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təmizləyəcəyik. "Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb/Report.
Tarix: 12-02-2018, 17:02
Xəbəri paylaş





Xəbər lenti