Bələdiyyələr İcra hakimiyyətindən asılıdır

“Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtlarda bu vəzifələri icra etməyə hazır olmurlar”.
“Ölkə.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova bildirib.
E.Axundova deyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir:

“Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları da artırılmalıdır.Ötən ilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.
Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.

Vasif Həsənli
Tarix: 13-02-2018, 14:02
Xəbəri paylaş





Xəbər lenti