KXCP də seçkiləri boykot etdi

KXCP də seçkiləri boykot etdi Fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib.

Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

“Ali Məclis partiyamızın rayon, şəhər şöbələrinin qərarlarını, fəalların və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin, seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı”, M.Mİrəlioğlu deyib (Siam.az).
Tarix: 17-02-2018, 23:21
Xəbəri paylaş





Xəbər lenti